Sabiq deputat: “Tovuz istiqamətində işğal cəhdi sübut etdi ki, ATƏT-in MQ həmsədrlik institutu buraxılmalıdır”

“Ermənistan Silahlı Qüvvələrinin Tovuz istiqamətində həyata keçirmək istədiyi növbəti işğal cəhdi bir daha sübut etdi ki, ATƏT-in Minsk Qrupu həmsədrlik insitutu üzərinə düşən missiyanı yerinə yetirə bilmədiyindən onun fəaliyyətinə yenidən baxılmalıdır. Hesab edirəm ki, ATƏT MQ həmsədrlik institutu ya ləğv edilərək məsələ ilə birbaşa ATƏT özü məşğul olmalıdır və yaxud da tamamilə başa ölkələrdən formalaşdırılmalıdır”.
Bunu “Ölkə.Az”-a açıqlamasında  sabiq millət vəkili Qulamhüseyn Əlibəyli deyib. Q.Əlibəyli bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin  Tovuz istiqamətində növbəti işğal  cəhdinin qarşısı ordumuz tərəfindən layiqincə alınıb, cavablaır verildikdən sonra beynəlxalq aləmdə  Azərbaycanın mövqeyinin daha da gücləndirən amilə çevrildi: “O mənada ki, əksər beynəlxalq təşkilatlar  Ermənistanın bu təcavüz aktını birbaşa və ya dolayısı ilə  pisləyən reaksiyalarla nümaiyş etdirdilər. Düzdür, ümumi fikir  nümayiş etdirənlər də oldu. Amma hesab edirəm ki, bütün beynəlxalq təşkilatlar və ölkələr  Azərbaycan ərazilərinin işğala məruz qalmasını təsdiq edərək, Azərbaycanın mövqeyini möhkəmləndirən mövqedən çıxış etsilər. Yeganə olaraq Serbiya  faktiki olaraq Gürcüstan üzərindən  silah göndərməklə dolayı yolla Ermənistana dəstək vermiş oldular. O baxımdan da Serbiya və Gürcüstanın mövqeyi anlaşılan deyil. Onu da əlavə edim ki, bu məsələdə  Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da  Ermənistanın oyunun başa düşüdüklərindən birnmənalı mövqe sərgiləyərək Ermənistana hər hansı dəstək vermədi. Beynəlxalq aləmin belə bir  mövqe sərgiləməsini  Azərbaycanın xarici siyasətinin nəticəsi kimi dəyərləndirmək lazımdır”. ABŞ Konqresinin məluma düzəlişinə gəldikdə isə Q.Əlibəyli bildirib ki, Konqresin  Nümayəndələr Palatasında “Milli Müdafiə Maliyyələşmə Qanunu”na  edilən  düzəlişlər Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsb edən  məsələdir: “Ona görə ki, ilk dəfədir Ermənistanın lehinə deyil, əksinə  əleyhinə olan  düzəlişlər qəbul olundu. Bu düzəlişləri Azərbaycanın  məövqeyinin müdafiə olunması  hesab edirəm. Düzdür, burada Rusiya amili də rol oynayır. Belə ki,  Rusiyanın Ermənistanla  əlaqələri mühüm rol oynayır. Çünki sənədlərin birində Ermənistanın hərbi müttəfiqi olan Rusiya ilə əlaqələri barədə məlumatlar da tələb olunur. Ermənistan postsovet məkanında yeganə ölkədir ki,  Rusiya ilə hərtərəfli hərbi müqaviləsi var, hətta dövlət sərhədləri belə bu ölkə tərəfindən müdafiə olunur. Sənədin digər mühüm cəhətlərindən biri də ondan ibarətdir ki, Azərbycan ərazilərinin işğal faktı da  həmin düzəlişlərdə  öz əkisni tapıb.  Bu qaçqın və məcburi köçkünlərin vəziyyətini öyrənilməsi, onlara yardım edilməsi  baxımdan əhəmiyyətlidir.İstənilən halda sənəd çox mühüm əhəmiyyət kəsb edir. Ən azından ona görə ki, indiyədək ABŞ-da  heç bir səviyyədə  Ermənistanın təcavüzkar ölkə olması, Azərbaycan ərazilərini işğal etməsi faktı  nə qanunverici orqanın qəbul etdiyi sənədlərdə  öz əksini tapmayıb, nə də işğalçı ölkə kimi dilə gətirilməyib. Amma  Nümayəndələr Palatasının bu qərarında  Ermənistanın  Azərbaycan ərazilərini  xarici qüvvələr tərəfindən işğal olunması  faktı öz əksini tapıb. Bu da Ermənistanın əleyhinə yönələn  faktor rolunu oynayacaq. Hesab edirəm ki,Konqresin bu qərarından sonra ABŞ-dan olan həmsədrlər də  fəaliyyətlərində  öz ölkələrinin parlamentinin mövqeyini nəzərə alacaqlar”. ATƏT MQ həmsədrlərinin fəaliyyətinə gəldikdə isə Q.Əlibəyli bildirib ki, onlar buraxılıb yenidən təşkil olunmalıdır.  “1990-cı illərin ortalarında yaradılan ATƏT MQ həmsədrlik institutu Qarabağ münaqişəsinin  danışıqlar yolu ilə həllindəı effektiv nəticə vermədiyindən buraxılmalıdır.  Həmsədrlik institutunun ortada hər hansı konkret fəaliyyəti yoxdur. Onların münaqişənin həlli ilə bağlı verdiyi ümumi tövsiyyələr var ki, bu da tərəflərin heç birini qane etmir.  Danışıqlar formal xarakter daşıyır. Faktiki olaraq həmsədrlər heç bir iş görmür. Həmsədr ölkələr olan Rusiya, ABŞ, Fransa  bir çox hallarda faktiki olaraq Ermənistanı müdafiə edən tərəflər kimi çıxış edirlər. Ona görə də hesab edirəm ki,  belə bir vasitəçilik missiyasını yerinə yetrirən institut ləğv olunamlıdır.   Ermənistan-Azərbaycan  münaqişənin  həllinə ATƏT özü birbaşa müdaxilə edib məşğul olmalıdır,  yaxud da həmsədrlik institute tamamilə yenidən Ermənistan, Rusiya ilə  əlaqəsi olmayan ölkələrdən formalaşmalıdır. Məslən,  vaxtı ilə Almaniyanın,Türkiyə və  digər dövlətlərin namizədliyi barədə fikirlər səslənib”.