145 yaşlı milli mətbuatımız

Bu gün KİVDF-nin təşkilatçılığı ilə media rəhbərlərinin onlayn konfransı keçiriləcək

Bu gün Azərbaycan Milli Mətbuatının 145 yaşı tamam olur.  Həsən bəy Zərdabinin əsasını qoyduğu, 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 nömrəsi çıxan “Əkinçi” millətin aynası oldu, Azərbaycan jurnalistikasının təməl prinsiplərini yazdı və bu gün də tarixi məktəb rolunu oynayır. Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”nin ənənələrini davam etdirdi. Sovet hökuməti dağıldıqdan və Azərbaycan müstəqillik qazandıqdan sonra da milli mətbuat sürətli inkişaf yolu keçdi, müstəqil mətbuat, azad söz imkanı yarandı və “Əkinçi” ənənələri yenə də mayak oldu. Bu gün də mətbuat ictimai rəy yaratmaqda, əhalinin sosial problemlərinin işıqlandırılmasında mühüm rol oynamaqla yanaşı, müxtəlif sahələrdə qərarların qəbuluna təsir edir, dövlətlə vətəndaş arasında körpü rolunu oynayır. Qeyd edək ki, hər il mətbuatın yaranmasının ildönümü qeyd olunur, 5 ildən bir isə yubiley kimi daha təntənəli şəkildə keçirilir. İlk dəfə müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı fərman da Heydər Əliyev tərəfindən imzalanıb. 2000-ci il martın 27-də imzalanan fərmanla ölkəmizdə demokratik mətbuatın yaradılmasının 125 illiyi təntənəli şəkildə qeyd olunub. 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” beynəlxalq tələblərə cavab verən qanun qəbul edilib. Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli sərəncamı ilə Azərbaycanda senzura ləğv olunub. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi, 2009-cu il aprelin 3-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə atılan mühüm addımlardandır. Prezident İlham Əliyev Sabir Rzayevə Prezidentin fərdi təqaüdünün ... Hazırda ölkədə koronavirus pandemiyası səbəbindən karantin rejimi tətbiq olunduğundan mətbuatın 145 illiyi ilə bağlı kütləvi tədbirlərin keçirilməsi mümkün deyil. Lakin bu ilin 2 iyul tarixində  prezident İlham Əliyev “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzaladı. Sərəncamda qeyd olundu ki, Azərbaycan Milli Mətbuatının 145 illik yubileyi ölkəmizdə geniş qeyd olunsun. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən xüsusi karantin rejiminin tələbləri və Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla yubiley tədbirlərinin keçirilməsini təmin etsin. Jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan Milli Mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təkliflər bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Bu isə o deməkdir ki,  Milli Mətbuat günü ərəfəsində həm də jurnalistlərə fəxri adların verilməsi nəzərdə tutulur. Həmçinin tədbirlər il ərzində davam edəcək. Bundan başqa, jurnalistlər üçün nəzərdə tutulan üçüncü binadan mənzillərin paylanması da gözlənilir ki, il ərzində bunun da baş tutması mümkündür. Bu gün isə əsas tədbirlərdən biri Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun media rəhbərləri ilə onlayn konfransı olacaq.  Bundan əlavə, Milli Mətbuat günü ilə bağlı KİVDF-nin keçirdiyi fərdi jurnalist müsabiqəsinin nəticələrinin də açıqlanması gözlənilir. Cahangir Məmmədli: Azərbaycanın bugünkü inkişafının təməlini ulu ... Milli mətbuatın tarixi ilə bağlı “Yeni Müsavat”a danışan BDU-nun jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli bildirdi ki, “Əkinçi” qəzetinin bu cür mükəmməl keyfiyyətlə yaradılması bizim tarixi şansımız idi: “Azərbaycan mətbuatının yaranması ilə ölkədə sözün həqiqi mənasında keyfiyyətli mətbuat nümunəsi ortaya qoyuldu. Bizim şansımız odur ki, ilk yaranan ”Əkinçi" qəzeti çox yüksək səviyyəli, keyfiyyətli mətbuat orqanı idi və bu günə qədər böyük bir məktəb rolunu oynayıb. Bu mənada “Əkinçi” qəzetinin Azərbaycan mətbuatında xidmətləri çox böyükdür. O qəzetin yaranması ideyasında Mirzə Fətəli Axundov kimi maarifçi, Nəcəf bəy Vəzirov kimi bir insan, Azərbaycan maarifçilik məktəbinin baniləri iştirak ediblər. Bu qəzeti maarifçilik formatında ortaya qoydular. Çünki Rusiya senzurasının qarşısında ancaq bu tipli bir mətbuat yaratmaq olardı. Bu qəzetdə o qədər böyük insanların xidmətləri olub ki, onlar azad mətbuat formatında müstəqilik ideyalarına zəmin yaratdılar. Zərdabi bu gün beynəlxalq mətbuatda mövcud olan ən əsas prinsipləri bu qəzetdə birbaşa ortaya qoymuşdu. İnformasiyanın dəqiq, vicdanlı, balanslı verilməsi prinsiplərini Zərdabi o zaman rəhbər tutmuşdu. Bu qəzet jurnalistikanın ən ciddi qaydalarına əməl edirdi". ƏKİNÇİ”NİN BEŞİYİ BAŞINDA DURMUŞ VƏTƏN VƏ MİLLƏT TƏƏSSÜBKEŞİ HƏSƏN ... C.Məmmədlinin sözlərinə görə, Həsən bəy Zərdabi bu qəzeti tək çap edib, çox çətinliklər yaşayıb: “Qəzetin həm redaktəsini, həm korrekturasını özü edib. Materialların yazılmasına qədər hər bir işi tək gördü. Qəzet yüksək səviyyəyə gəlib çatdıqdan sonra isə öz nəşrini 56-cı nömrədə saxladı. Çünki ermənilər o zaman ”Əkinçi" haqqında elə iftiralar ortaya qoydular ki, onun nəşrini davam etdirmək mümkün olmadı. Zərdabi həm də Azərbaycan mədəniyyətinin teatr istiqamətini gücləndirdi. Qəzet bağlanandan sonra da yeni yaranan mətbuat orqanları “Əkinçi”ni özünə məktəb hesab etdi". Professor qeyd etdi ki, “Əkinçi”dən sonra yaranan bütün məktəblər onun ideyalarını rəhbər tutub: “Daha sonra ölkədə yeni məktəblər yarandı, Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadənin Molla Nəsrəddin məktəbi, daha sonra Məhəmməd Əmin Rəsulzadənin yaratdığı məktəb, bunlar hamısı ”Əkinçi" qəzetinin prinsiplərinə söykənərək yaradılıb. Məhz bu tarixi funksiyasına görə “Əkinçi”nin yaranmasının ildönümü Azərbaycan ictimaiyyəti tərəfindən qeyd olunub. Ancaq yubileylərin qeyd olunması Heydər Əliyevin Azərbaycan mətbuatına, onun tarixinə göstərdiyi qayğıdan irəli gəldi. Qəzetin 125 illik yubileyi ərəfəsində prezident sərəncamında bu məsələ əksini tapdı. Prezident İlham Əliyev mətbuatın 130, 135, 140 illik yubileylərini yüksək səviyyədə keçirdi. Mən inanmıram ki, bu gün Azərbaycan mətbuatında kimsə “Əkinçi” prinsiplərinə etinasız yanaşsın. “Əkinçi” jurnalistikanın tarixi məktəbidir və hər zaman həmin məktəbin ənənələrinə, bu  məktəbi yaradan ziyalılarımızın yaradıcılıq prinsiplərinə söykənməkdədir". https://www.youtube.com/watch?v=PE4lGm1YAbo   https://www.youtube.com/watch?v=7FIXAh9zTcQ   https://www.youtube.com/watch?v=CLjsO-TAfg4