Azərbaycan - Fransa matçı Sumqayıtda olacaq

Azərbaycan və Fransanın 21 yaşadək futbolçulardan ibarət yığma komandaları arasındakı Avropa çempionatının seçmə matçı Sumqayıtda keçiriləcək. "Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşma sentyabrın 7-də “Kapital Bank Arena”da oynanılacaq. Görüş saat 21:00-da başlayacaq.