Əməlləri ilə ucalan şəxsiyyət - professor İlham Rəhimov

Xəbər verildiy kimi, Azərbaycanlı iş adamları, professor İlham Rəhimovun və Qod Nisanovun göstərişi ilə  Moskva şəhərində fəaliyyət göstərən Avropanın ən böyük topdansatış FOOD SİTY ticarət mərkəzində Ermənistan məhsullarının satışı dayandırılmışdır. Bu da təbii ki, Ermənistan iqtisadiyyatı üçün ciddi itkilərdir. Onsuz da iflic vəziyyətində olan Ermənistan iqtisadiyyatında  koronovirus pandemiyası böhranı dərinləşdirməklə yanaşı, belə qərarın verilməsi artıq Ermənistan iqtisadiyyatına birmənalı ciddi fəsadlar törətməyi bəllidir. Bu qərarın  verilməsi də birmənalı olaraq Ermənistanın son günlərdə  respublikamzın Tovuz rayonunda etdiyi təxribatlara cavabıdır. Azərbaycan ictimaiyyəti İLHAM RƏHİMOVUN və QOD NİSANOVUN bu addımını yüksək qiymətləndirir və hamı bir nəfər kimi bu addımı DÖVLƏTİMİZƏ, ORDUMUZA və PREZİDENTİMİZƏ dəstək kimi başa düşür. Bu addımlar iş adamı kimi tanınan İLHAM RƏHİMOVUN vətənpərvərliyindən, cəsarətindən xəbər verir. Qeyd edim ki, Azərbaycan ictimaiyyətində İlham Rəhimovu çoxları milyonçu iş adamı və Rusiya Federasiyasının  Prezidenti Vladimir Putinin tələbə yoldaşı kimi tanıyırlar. Ancaq bunlara əlavə olaraq əsas qeyd etmək istərdim ki, İLHAM RƏHİMOV nəinki Azərbaycanda, keçmiş sovet məkanında da hüquq elmi sahəsində tanınmış alimdir, hüquq elmləri doktoru, professor, Azərbaycanın Əməkdar hüquşünası və Beynəlxalq Hüquqşünaslar Assosiyasının birinci vitse-prezidenti və Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidentidir. Professor İlham Rəhimovla bağlı bir neçə məqamı ictimaiyyətlə tanış etmək istərdim. Mən Prezident yanında Ali Attestasiya Komissiyasında İqtisadiyyat və hüquq şöbəsinin müdiri vəzifəsində çalışarkən (2011-2018 ci illər), AAK-ın mərhum sədri, akademik ARİF MEHDİYEV 2013-cü ildə mənə Hüquq elmləri üzrə ekspert şurasının sədrliyinə namizəd verməyi tapşırığı verdi. Dedi ki, həmin namizəd  hüquq elmində nüfuzlu olmaqla yanaşı, həm də prinsipial, obyektiv və neqativ hallara qarşı mübarizə aparan şəxs  olmalıdır. Mən dərhal professor İlham Rəhimovun adını çəkdim.  Rəhmətlik Arif Mehdiyev professor İlham Rəhimovu AAK-a dəvət etdi və mən də həmin söhbətin iştirakçısı idim. Akademik Arif Mehdiyev təklifini etdi. Professor İlham Rəhimov Arif Mehdiyevə təklif üçün minnətdarlıq etdi və vaxtının az olmasını bir arqument kimi əsas gətirərək imtina etdi (Qeyd edim ki, bu ictimai vəzifəyə təyin olunmaq xahişi ilə akademik Arif Mehdiyevin qəbuluna gündə ən azı 2-3  nəfər respublikamızın ictimaiyyətində tanınmış adamlar gəlirdilər, rəhmətlik Arif Mehdiyev də gözəl başa düşürdü ki, bir ictimai vəzifəyə görə bu qədər xahişlər nə ilə əlaqədardır). Arif Mehdiyev İlham Rəhimovdan soruşdu ki, bu gün respublikamızda hüquq elminin vəziyyətini necə qiymətləndirirsiniz? Professor çox səmimi cavab verdi ki, mənfi. Onda akademik Arif Mehdiyev dedi ki, İlham müəllim, bunu mən də bilirəm və ona görə də biz Sizdən xahiş edirik ki, AAK-a köməklik göstərəsiniz, mən Sizə inanıram və Sizə ehtiyacımız var. İnanın ki, professor İlham Rəhimov artıq etiraz edə bilmədi və Arif Mehdiyevə böyük hörmət bəslədiyini söylədi və dedi ki, Sizin xahişə yox desəm özümü bağışlamayacam. Ancaq, icazə verin mən də bir xahiş edim. Mənim rəhbərlik etdiyim hüquq elmləri üzrə ekspert şurasında İDDİAÇININ kimliyindən asılı olmayaraq bütün müzakirələr obyektiv aparılacaq və kənardan müdaxilələr olmasına Siz imkan verməyin. Bizim ekspert şurasının qərarlarına hörmətlə yanaşın. Rəhmətlik ARİF MEHDİEV böyük şəxsiyyət idi, AAK-ın sədri olsa da (yəni təşkilat rəhbəri kimi respublikamızın istənilən hakimiyyət instansiyasından zənglər və xahişlər olması bəlli olsa da),  professor İlham Rəhimovla razılaşdı. Bu, ARİF MEHDİYEVİN böyüklüyündən, Azərbaycan elminin maraqlarını hər şeydən üstün tutmasından irəli gəlirdi. Beləcə uzun illərdir ki, professor İlham Rəhimov vaxtının hər bir dəqiqəsi qızıla bərabər olmasına baxmayaraq, 2013-cü ildən  AAK-da hüquq elmləri üzrə ekspert şurasına (İCTİMAİ ƏSASLARLA!!!) rəhbərlik edir və ayda 2 dəfə AAK-da gərgin müzakirəli iclaslar keçirir. Azərbaycanın hüquq elminə öz töhvəsini verir və hüquq elmində alimlərin yetişdirilməsində əsl FƏDAKARLIQ edir. Bir faktı da demək istərdim. Respublikamızda yüksək vəzifə daşıyan bir şəxsin (etik qaydalar naminə adını demirəm) hüquq üzrə elmlər doktoru almaq üçün yazdığı dissertasiya işinə professor İlham Rəhimovun rəhbərlik etdiyi ekspert şurasında  MƏNFİ rəy və mənfi qərar verildi. Həmin şəxsə görə rəhmətlik Arif Mehdiyevə çox yüksək ranqlı məmur zəng etdi, xahiş və hətta, bir az da tələb etdi ki, belə bir vəzifəli şəxsə diplom verilməməsi yaxşı hal deyildir. Arif Mehdiyev professor İlham Rəhimovu dəvət etdi, mən bu söhbətin də iştirakçısı idim,  kimin xahişi olmasını söylədi və dedi ki, mən də öz adımdan Sizdən birinci və axırıncı xahişimi edirəm. Professor İlham Rəhimov həmin şəxsin yazdığı dissertasiya içinin zəif olduğunu söylədi və AAK sədrinin ilk  və sonuncu xahişi olduğunu  nəzərə alaraq dedi ki, 2 variant var. Birinci variant. Bizim mənfi qərarı AAK-ın Rəyasət Heyətində müzakirə edin və Rəyasət Heyəti diplom vermək səlahiyyətinə malikdir. Bizim qərar tövsiyyə xarakterlidir və tövsiyyə etmirik. Ancaq  Sizin rəhbərlik etdiyiniz Rəyasət Heyəti müsbət qərar versə, mən Sizdən inciməyəcəm və hətta Sizə kömək etməkdə davam edəcəm. İkinci variant. Həmin vəzifəli şəxs dissertasiya işində nöqsanları aradan qaldırmaqla təkrar müdafiə etsin. Qeyd edim ki, bu variantda, yəni, təkrar müdafiə olduqda, həmin şəxsin müdafiə etdiyi elm sahəsində nüfuzuna ciddi zərbə olur. Sizcə ARİF MEHDİYEV hansı varianta razılıq verdi?! Professor İlham Rəhimova hörmət əlaməti olaraq – iknci varianta!!!  Baxmayaraq ki, rəhmətlik Arif Mehdiyevə birinci variant sərf edirdi və onun üçün Rəyasət Heyətində müsbət qərarın verilməsi heç bir problem deyildi. Mən bu günə qədər də həmin söhbəti xatırlayıram və bu tarixi hadisənin, iki böyük ŞƏXSİYYƏTİN, əsl Azərbaycan KİŞİLƏRİNİN həmin söhbətindən fəxarət hissi keçirirəm... Ona görə mən fəxr edirəm ki, həm akademik Arif Mehdiyevin kadrıyam, həm də professor İlham Rəhimov kimi ŞƏXSİYYƏTLƏ 5 ildən çox birgə fəaliyyət göstərmişəm. Mən professor İlham Rəhimovla söhbətlərimdə həmişə şahid olmuşam ki, Azərbaycanın gələcəyinin parlaq olması üçün cənab Prezident İLHAM ƏLİYEVİN  və onun yaxın silahdaşı Birinci  vitse –prezident MEHRİBAN xanım ƏLİYEVANIN rəhbərliyi ilə, onların ətrafında respublikamızın mütərəqqi fikirli, vətənpərvər insanların fəaliyyət göstərməyinin vacibliyini deyir. Son hadisələr də göstərdi ki, əsl əməldə, hətta şəxsı biznesinə milyonlarla ziyan vurulsa da, professor İLHAM RƏHİMOV həm DÖVLƏTİMİZƏ, həm ORDUMUZA, həm də  cənab prezident İLHAM ƏLİYEVƏ  və BİRİNCİ-vitse Prezident MEHRİBAN xanım ƏLİYEVAYA dəstək olanlardan birincilərdəndir, bəlkə də BİRİNCİDİR. Çünki onlar tərəfindən bu addımın atılması, həm KİŞİLİK, həm VƏTƏNPƏRVƏRLİK, həm də SİYASİ cəsarət tələb edir. Arif Ələkbərov,  İqtisad elmləri doktoru, professor, UNEC-in “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasının professoru, Odlar Yurdu Universiteti rektorunun müşaviri