Polad Həşimovun xatirəsinə

Polad Həşimovun xatirəsinə   Tarixlərə sığmaz Sənin hünərin, Qeyrətin, qüdrətin tarixi aşır. Düşmən önündəki canlı sipərlər Daha möhkəmlənir və Poladlaşır. Sən də Vətənləşdin... Səndən öncəki ipə-sapa yatmaz oğullar kimi. Əbədi yaddaşa döndün, mövzusu qəhrəmanlıq olan nağıllar kimi. Nurunda boy atır körpə balalar, Hamı əsgər olur, hamı döyüşür. Bilirsənmi, qanın axan yerlərə Günəşin işığı daha çox düşür. Qalmasın Deyəsən keçmişə baxmaq vaxtıdır, Ətalət cəngindən çıxmaq vaxtıdır. Çaxnaşsın buludlar, gurlasın göylər, Yağının mülkünü yıxmaq vaxtıdır. Qisas qiyamətə qalmasın gərək. Qulaqlar alışıb yoxsa fəryada? Bəlkə qeyrətimiz verilib bada? Babəkin incimiş ruhu xətrinə Qoy aman olmasın yağıya-yada. Qisas qiyamətə qalmasın  gərək. Koroğlunun dəli nərəsi belə, Şuşanın hər bəndi, bərəsi belə, Nifrət deyər, lənət oxuyar bizə, Vallah şəhidlərin hərəsi belə. Qisas qiyamətə qalmasın gərək. Onsuz da ağırdı Vətən həsrəti, Bu həsrət oyatsın yatmış milləti, Yenə də çalınsın qisas təbili, Dünyaya bəllidir Türkün qeyrəti. Qisas qiyamətə qalmasın gərək. Yerə en Hər yan zülmət, hər yan qaranlıq, Hara baxıram günah üstə günah! Bu günah dolu dünyadan baş götürüm kimə gətirim pənah..? Hər yerdən üzülüb əlim. Nə olar bircə anlıq.., bircə anlıq yerə en, ay Allah! Başımı köksünə qoyub ağlaya bilim!