“Peşəkar ordu qurmalıyıq”

Qüdrət Həsənquliyev: “Döyüşün taleyini müasir silahlar - radrların izləyə bilmədiyi döyüş təyyarələri, dronlar, raketlər və ondan bacarıqla istifadə etməyi bacaran peşəkar hərbçilər həll edir” Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsi sədrinin müavini Qüdrət Həsənquliyevin BAXCP-nin mətbuat xidmətinə müsahibəsi -Qüdrət bəy, bizim və ermənilərin drijor çubuğu ilə idarə olunmağımıza dair iddialara necə baxırsınız? -Bu iddialar cəfəngiyatdır və insanların öz dövlətinə inamını sarsıtmağa hesablanıb. Atəşkəsin bərpa olunmasından içi mən qarışıq bəzi insanlar narazı qalıb. İnsanların bu psixoloji durumundan və karantin rejiminin onlar üçün yaratdığı auditoriyadan istifadə edib belə cəfəng fikirlər yayırlar. Ali Baş Komandan ordunun vəziyyətini, beynəlxalq və regional durumu hamıdan yaxşı bilir. Atəşkəsin pozulmasından bir az öncə o bəyan etmişdi ki, torpaqlarımızı azad etmək üçün biz daha güclü olmalı, əlverişli bəynəlxalq şəraitin yaranmasını gözləməli və bunun üçün çalışmalıyıq. Daha güclü olmamız üçün isə Prezidentə iqtisadiyyatda və orduda islahatlar həyata keçirməyə zaman lazımdır. Hər qanlı toqquşmadan sonra regionda marağı olan dövlətlər yaranmış vəziyyətdən maksimum yararlanmağa çalışırlar. Necə ki, aprel savaşından sonra Qərbə meyllənmiş Ermənistanın Baş naziri Sarkisyan devrildi. Əgər 12 iyul toqquşmasından sonra Paşinyan da devriləcəksə, bunun bizə xeyri var ki, ziyanı yoxdur. 1993-cü ilin iyununda ermənilər Azərbaycanda baş vermiş dövlət çevrilişindən istifadə edib BMT-yə, dünya birliyinə, beynəlxalq hüquqa tüpürərək heç kimə məhəl qoymadan Qarabağ ətrafındakı rayonlarımızı işğal etdilər. Biz isə Ermənistanda baş verənlərdən istifadə edərək beynəlxalq hüququn aliliyini bərpa etməli Qarabağı azad etməliyik. Bizim son döyüşdə canlı qüvvədə ermənilərdən daha çox itki verməyimiz barədə iddialara gəldikdə isə bu, hətta həqiqət olsa da belə bizi qorxutmamalıdır. İtkilərimiz nə qədər üzücü və iddia olunduğu kimi ermənilərdən çox olsa belə bizi sarsıtmamalıdır. SSRİ ikinci dünya müharibəsində qalib gəlsə də məğlub etdiyi faşist Almaniyasından az qala 3 dəfə çox itki vermişdi. Bizim hərbçilər Vətən uğrunda şəhid olurlar,ermənilər isə işğalçı ordunun əsgərləri kimi ölürlər. Çalışmalıyıq ki,işğalçı ordunun daha çox əsgərini öldürək. Bu zaman Ermənistanda sülh istəyənlərin sayı artacaq, onların işğalçı ordusu demoralizasiya olacaq. Çünki başa düşürlər ki, nə üstündə ölürlər. Böyük müharibəyə başlaya bilməsək də, ermənilərin təxribatları