Koronavirusa yoluxan professor xəstəxanadan evə buraxılıb

On günə yaxındır ki, "Yeni Klinika"da koronavirusdan müalicə alan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun Nəzəri Dilçilik şöbəsinin müdiri, elmlər doktoru, professor İdris Abbasov və onun həyat yoldaşı Elnurə Abbasova bu gün xəstəxanadan evə buraxılıblar. Bu barədə tənqidçi Əsəd Cahangir bildirib. Qeyd edək ki, koronavirusa yoluxan İ.Abbasov və həyat yoldaşı E.Abbasova iyulun 6-da xəstəxanaya yerləşdirilib.