Türkiyənin müdafiə naziri Azərbaycana tam dəstək verdiyini açıqladı

“Təcavüzkar mövqeyini davam etdirən Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında durmağı, azərbaycanlı qardaşlarımıza dəstəyi davam etdirəcəyik”.

“Anadolu” xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib. “Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonuna gerçəkləşdirdiyi hücumu qətiyyətlə pisləyirik. Hücumu dəf edərkən şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfalar, qardaş Azərbaycan xalqına isə başsağlığı diləyirəm”, - nazir vurğulayıb.