“QHT-lər koronavirusa qarşı maarifləndirici tədbirləri davam etdirməlidir”

“Dünyada koronavirus pandemiyasının geniş yayıldığı indiki dövrdə respublikamızda infeksiyanın qarşısının alınmasına yönələn kifayət qədər məqsədyönlü tədbirlər reallaşdırılmaqdadır. Pandemiyanın ilk günlərindən qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində vəziyyət nəzarətdə saxlanılıb və əsas məqsəd insanlarımızın, onların sağlamlığının, həyatının bu xəstəlikdən qorunmasıdır”. Bu fikirləri Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov İlkxeber.org-un əməkdaşı ilə söhbətində səsləndirib. QHT sədrinin sözlərinə görə, Beynəlxalq Səhiyyə Təşkilatı (ÜST) öz hesabatlarında Azərbaycanın mövcud istiqamətdə nümunəvi fəaliyyətlə fərqləndiyini dəfələrlə qeyd edib. “Müqayisə üçün bildirək ki, bu gün Azərbaycanla əhalisi eyni olan bəzi inkişaf etmiş ölkələrdə yoluxanların sayı 60-70 min, ölənlərin sayı isə 10 mindir. Fevral ayında Azərbaycanda cəmi altı laboratoriya mövcud olduğu halda, hazırda onların sayı 29-a çatıb və daha 15 yeni laboratoriya sifariş edilib. Laboratoriyaların sayı 44-ə çatacağı gözlənilir. Bu günə qədər 500 mindən çox test aparılıb və adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada təqribən 40-cı yerdədir”-deyə X.Əhmədov bildirib. X.Əhmədov qeyd edib ki, yeni yaradılmış modul tipli xəstəxanaların tez bir zamanda inşa edilməsi, əlavə on modul tipli xəstəxananın tikilməsinin nəzərdə tutulmsı onu göstərir ki, hətta seytnot vəziyyətdə lazımi addımları ata bilərik. Hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar ki, onlardan 36-sı son müddət ərzində inşa edilib. “Yeni klinika”da çarpayıların sayını 700-750-yə çatdırılması nəzərdə tutulur. Eyni zamanda, ehtiyac yaranacağı təqdirdə 5 mindən çox xəstənin yerləşdirilməsi üçün potensial mövcuddur. QHT sədrinin fikrincə, bütün bu, göstəricilər ilk növbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və dövlətimizin koronavirusla mübarizəyə həssas münasibətinin nəticəsidir. Həm Prezidentin, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın koronavirus təhlükəsi ilə bağlı xalqa ünvanladıqları müraciətlər onu deməyə əsas verir ki, Azərbaycan dövləti vətəndaşının yanındadır və pandemiyanın fəsadlarının aradan qaldırılması üçün bütün zəruri tədbirlər həyata keçiriləcək. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev də müxtəlif tədbirlərdəki çıxışlarında həmişə qeyd edib ki, bu cür həssas durumlarda vətəndaş həmrəyliyi və vəhdətinin olması çox vacibdir və vətəndaş cəmiyyəti institutlarının koronavirus təhlükəsinə qarşı maarifləndirici missiyası davam etdirilməlidir. Doğrudur, xüsusi karantin rejiminin tətbiqi digər sahələrdə olduğu kimi QHT-lərin fəaliyyətinə də mənfi təsir göstərir. Ancaq bütün bunlara baxmayaraq onlar koronavirus pandemiyası şəraitində vətəndaşlarımızın maarifləndirilməsində kifayət qədər ardıcıllıq və peşəkarlıq nümayiş etdirirlər. “Beləliklə, indiki şəraitdə QHT təmsilçilərinin üzərinə doğrudan da, kifayət qədər ciddi vəzifələr düşür. Bu həssas dönəmdə hər bir QHT üzvü dövlətimizin, vətəndaşımızın mənafeyi baxımından aktiv surətdə bu prosesə dəstək verməli və əhalinin maarifləndirilməsində yaxından iştirak etməlidir”-deyə X.Əhmədov fikrini tamamlayıb. .                                 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin televiziya kanallarına müsahibəsinin təbliği ilə bağlı istiqamətlər və tezislər       Mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır  
  • Pandemiyanın ilk günlərindən hazırkı dövrə qədər dövlət tərəfindən bütün lazımi addımlar atılıb;
  • Xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir;
  • Bəzi hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmaq məcburiyyəti yaranır;
  • Bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb;
  • Polis orqanları tərəfindən bütün pozuntulara adekvat reaksiya verilməlidir;
  • Heç kim qanundan üstün deyil - biz xalqımızıın sağlamlığını qorumalıyıq;
  • Mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır;
  • Qaydaları pozan insanlar daha məsuliyyətli olarlarsa və nizam-intizama riayət edərlərsə, pandemiyanı nəzarətdə saxlamaq mümkün olacaq.
        Heç bir sosial layihə təxirə salınmadı: 2020-ci ildə büdcə xətti ilə reallaşan sosial layihələr keçən ilə nisbətdə daha təsirlidir  
  • Azərbaycan hökuməti birmənalı şəkilkdə, tərəddüdsüz insanların sağlamlığını prioritet elan etdi;
  • Heç bir sosial layihə təxirə salınmadı, ixtisar olmadı;
  • 2020-ci ildə büdcə xətti ilə reallaşan sosial layihələr keçən ilə nisbətdə daha təsirlidir;
  • Bu il məcburi köçkünlər üçün rekord sayda binalar tikiləcək, 7 mindən çox köçkün ailəsi yeni mənzillərlə təmin ediləcək;
  • Şəhid ailələri üçün bu il rekord sayda - 1500 mənzil istifadəyə veriləcək;
  • İyirmi il orduda qüsursuz xidmət etmiş hərbçilərə bu il 400-dən çox mənzilin verilməsi nəzərdə tutulur;
  • Ünvanlı sosial yardım alanların sayı artırıldı və 85 min ailəyə, yaxudda 300 mindən çox insane çatdırıldı;
  • İşsizləri, o cümlədən qeyri-formal sahədə işləyənləri dəstəkləmək, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan insanlara maddi yardım göstərmək və digər məqsədlər üçün təqribən 3 milyard manat vəsait nəzərdə tutulur.