Çempionlar Liqasında mövsümün son püşkatmasının detalları açıqlandı

UEFA cari mövsüm Çempionlar Liqasında son püşkatmanın detallarını açıqlayıb. "Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, mərasim əvvəldən də bilindiyi kimi, iyulun 10-da İsveçrənin Nyon şəhərində olacaq və Bakı vaxtı ilə 14:00-da start götürəcək. Püşkatmada 1/4 final və yarımfinal mərhələlərində üz-üzə gələcək cütlüklər müəyyənləşməklə yanaşı, final matçının nominal meydan sahibi də bəlli olacaq. 1/4 finaldan etibarən eyni ölkə təmsilçiləri bir-birilərinə rəqib ola bilərlər. Əlavə məhdudiyyətlər tədbirdən əvvəl təsdiqlənəcək. Bu mərhələnin 4 iştirakçısı artıq məlumdur: "Atalanta" (İtaliya), "Atletiko" (Madrid, İspaniya), "Leyptsiq" (Almaniya) və PSJ (Fransa). Növbəti 4 kollektiv isə 7-8 avqust tarixlərindəki cavab matçlarından sonra bilinəcək: "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) İlk oyun - 0:3 "Barselona" (İspaniya) - "Napoli" (İtaliya) İlk oyun - 1:1 "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya) İlk oyun - 2:1 "Yuventus" (İtaliya) - "Lion" (Fransa) İlk oyun - 0:1 1/4 finaldan etibarən qarşılaşmalar Portuqaliyanın paytaxtı Lissabonda "8-lər finalı" formatında keçiriləcək və 1 matçdan ibarət olacaq. 12-15 avqust 1/4 final 18-19 avqust Yarımfinal 23 avqust Final