İnsanlığın son zirvəsi - şərəfli ölüm!  

İnsanların vətən, torpaq uğrunda mücadiləsi inamdan və imandan keçir. İnamın da, imanın da kökündə Yaradana olan məhəbbətdən başlayıb vətənə olan məhəbbət uğrunda fədailik durur. Elə bir fədailik ki, bu yolda şəhidlik şəhidliyə can atan üçün Allaha qovuşmaq qədər şərəfli olur. Bu xüsusda tariximizin müxtəlif dönəmlərində, eləcə də sonuncu Qarabağ savaşında qəhrəman Azərbaycan övladlarının torpaq və Azərbaycan uğrunda apardıqları şərəfli mücadilə bügünkü gəncliyin vətənpərvərlik tərbiyəsində aparıcı yer tutmalıdır. Gözlənilmədən göydən başımıza yağan ağır bir fəlakət kimi 1988-2004-cü illərdə Qarabağ Müharibəsini yıxıla-dura birtəhər yaşadıq (Ona görə "göydəndüşmə" deyirəm ki, biz bu qəfil "erməni gedişi"ni, sadəcə, gözləmirdik...). Bu çoxıillik müharibədə nələri qazandıq və nələri itirdik? Mənə elə gəlir ki, biz hələ də yarımçıq qalmış bu savaşın haqqını və hesabını lazımınca apara bilməmişik. Ən azından, ermənilərlə qaçılmaz olan gələcək savaşa görə bu "haqq-hesab" detallarına qədər incələnməli və öyrənilməliydi! Və bu öyrənmənin nəticəsi olaraq cəmiyyət yeni savaşa planlı və sistemli şəkildə hazırlanmalıydı. Həm də dövlət səviyyəsində! Qarabağ Müharibəsinin şəhidlərindən biri olan Babayev Hamiq Yaşar oğlu sovet ordusunun yetirdiyi zabitlərdən idi. Şəhid Hamiq Yaşar oğlu Babayevin tərcümeyi-halından qısa statistik saçmalar: Əsli Yardımlıdakı Komanı dağının sinəsində qərarlaşmış Kürəkçi kəndindəndir. 1974-cü ildə Bakı şəhərində anadan olub və Bakı şəhərindəki 144 saylı orta məktəbin 7-ci sinfini bitirəndən sonra Cəmşid Haxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. Çünki özü də "böyüyəndə general olacağam" arzusu ilə çırpınarmış. Bu məktəbi bitirdikdən sonra keçmiş SSRİ-nin Ukrayna Resrublikasının Podolsk vilayətindəki Ali Hərbi Məktəbi bitirərək sovet ordusunun sıralarında zabit kimi çalışıb. Qarabağ münaqişəsi alovlananda vətənə qayıdıb və ordumuzun zabiti kimi fəaliyyətə başlayıb... və 1994-cü ilin yanvar ayının 26-da şəhid olub. Yaşasaydı 50 yaşı olacaqdı. Bunlar Hamiqin bioqrafiya faktları... ÖVLAD HAMİQ Atası Yaşar kişinin dediklərindən: "Körpəlikdə kimisə döyübsə, yaxud kiməsə döyülübsə, üstümə gələn olmayıb, lar körpəlikdən sakit uşaq olub. Amma mən də buna arxayınlaşıb övladlarımın tərbiyəsinə laqeyd yanaşmazdım. Hamiq öz bacılarını, qardaşını, anasını qəribə məhəbbətlə sevərdi. Hərbi məktəbi bitirib ilk diplomunu alanda boynuma sarılıb dedi: "Ata, budur, indi hamımız ali təhsilliyik. Mən bu anın fərəhini ömrüm boyu unutmaram. Amma hər sevincin bir düşər-düşməzi varmış..." Anası Raya xanımın dediklərindən: "Ana və balanın bir-birini sevməsi yenilik deyil, amma bizim aramızdakı sevgi başqa bir hiss idi, mən bu hədsiz sevginin sirrini anlaya bilmirəm. Bəlkə də, iki qızımdan sonra ilk oğlum olduğu üçün onu bu qədər sevirdim. Həm də onu ömrümün mənası sayırdım. Deyirlər ki, Əzrayıl da adamın çox istədiyini əlindən tez alır... Kürəkçi kəndinə tez-tez gedib nənəsinə baş çəkərdi. Soruşanda ki, ay Hamiq, nənədə nə görübsən ki, onu tez-tez yoluxursan, deyərdi ki, ana, atalar deyib ki, köhnə kötüklər üstündə çox çırpılar doğranıb. Hövrəstə nənəm özü boyda sirr quyusudur, hər dəfə gedəndə o quyudan neçə-neçə dürr tarpram, başım ayılsın, sənə möcüzələr danışacağam". Aramızda bu qədər istək olmasına baxmayaraq, hansı qızı istəməsini heç vaxt soruşmur, amma gizlincə toya hazırlaşırdım. Qismət olmadı... İndi isə ruhuna dualar oxmaqla təskinlik tarıram. Allah heç bir anaya qismət eləməsin..." QARDAŞ HAMİQ Böyük bacısı Zibeydə xanım: "Bir dəfə yoldaşımla bizə gəlmişdi. Onlara hinduşka əti qızardırdım. Birdən elektrik sobasını şüşəsi çatladı. Bu hadisə mənə o qədər pis əlamət kimi göründü və o qədər pis təsir etdi ki, hönkür-hönkür ağladım. Duydum ki, Hamiqin başında nəsə var..." Kiçik bacısı Rəna Teyyubova: "Baxmayaraq ki, yaşca ondan böyük idim, mənə həmişə "kiçik bacı" deyərdi. Radioda, televiziyada "Cəngi" çalınanda, o, yadıma düşür. "Tərəkəmə" çalınanda onu anıram - bu havanı çox xoşlayardı. "Vağzalı"nı eşidəndə qəhər məni boğur: o da bu musiqini çox sevərdi və öz toyunda oynamaq ona qismət olmadı..." "Kiçik bacı" olduğumdan eşələyib gözaltısının kim olduğunu bilmək istəyirdim. Cəhdlərimi başa düşərək qəribə tərzdə gülümsünüb deyirdi: "Ay mənim kiçik bacım, niyə özünü yorursan, vaxtı çatanda özüm deyəcəyəm... Bircə onunla təskinlik tapıram ki, nə mən, nə də bacım Zibeydə həyatda elə bir səhvə yol verməmişik ki, onun ruhu qarşısında xəcalətli olaq." DOST və QOHUM HAMİQ Yaxın dostu və qohumu Vaqif Məmiyev: "O, vəzifəsindən, mövqeyindən asılı olmayaraq, hər hansı bir adamın ona qarşı etinasızlığını özü üçün təhqir sayır və bunu bağışlamırdı. Bu da öz şəxsiyyətinə hörmətindən irəli gəlirdi. Qarabağ Müharibəsi başlayandan sonra dəfələrlə Leninqrad Hərbi Dairəsinin komandanlığına raport yazaraq Azərbaycana göndərilməsini xahiş etsə də, raportuna əhəmiyyət verən olmadığını görəndə hər şeyi ataraq Azərbaycana qayıtmış və Azərbaycan ordusunun sıralarında düşmənə qarşı vuruşmağa başlamışdı. Uşaqlığından hər şeylə maraqlanan, ən uzaq qohum-əqrəbalarını axtarıb tapan, özündən böyüklərə, qadınlara və uşaqlara qarşı hədsiz dərəcədə ehtiyatlı və diqqətcil olan dostum Hamiq xəyalımda ucaboylu, enlikürək, qaraqaşlı, qaragözlü, iti baxışlı, kinsiz, küdurətsiz bir igid kimi qalıb. Ölümündən 7-8 il keçməsinə baxmayaraq, elə bilirik ki, indicə qapı açılacaq və Hamiq içəri girəcək". Ölümündən sonra Hamiqin silahdaşları ilə söhbət edərkən maraqlandım ki, "axı, Hamiq zabit ola-ola, niyə zirehli yilet geyinməmişdi?" Cavabında bildirdilər ki, Hamiqin yileti var idi, ancaq əsgərlərin yileti olmadığından deyərdi ki, "mənim öz əsgərlərimdən haram artıqdır!" Hamiqin bu sözləri elə-belə sözlər deyil: çox-çox uca mənəviyyatdan xəbər verən sözlərdir. Hamiq kimi igidlərin daxili dünyasını belə erizodlardan dərk etmək olur. Eşitdiyimə görə, belə insanlar Allahın sevimlisi olurlar və buna görə də Allah onları öz yanına... tez aparır." ZABİT HAMİQ Hərbi xidmət yoldaşı Vəli Abbasov: "Bilmədiyini soruşub öyrənməyi heç vaxt özünə ar bilməzdi. Dərin savadı, təşkilatçılığı, natiqlik məharəti vardı. Əsgərlərə qarşı haqsızlıq edilməsinə yol verməz, bəzən bunun üstündə zabit yoldaşları ilə mübahisə edərdi. Əsgər xəstələnəndə özü onu tibbi hissəyə ararar, müalicəsinə nəzarət edərdi. Elə hallar olurdu ki, əsgəri təhqir edən zabitdən əsgərdən üzr istəməsini tələb edir və buna nail olurdu. Əsgərlərin hər birinin yeməyinə və sağlamlığına cidi şəkildə nəzarət edərdi". KOMAHDİR HAMİQ 1994-cü il yanvarın 25-də gecə saat 3-də Beyləqan rayonunda kəşfiyyata gedib gəldikdən sonra hücuma keçmək üçün komandanlıqdan icazə alıb və sürətli hücumla "Şişqaya" yüksəkliyini ələ keçirib. Komandanlıq söz veribmiş ki, yüksəkliyi ələ keçirən kimi ona əlavə canlı qüvvə ilə yardım olunacaq. Yüksəkliyin alınmasından üç saatdan artıq vaxt ötməsinə baxmayaraq, kömək gəlib çıxmayıb (İstər-istəməz bu yubadılma insanda xoşagəlməz düşüncələr doğurur, çünki Qarabağ müharibəsinin qara səhifələrində o qədər qaranlıq və kor xəyanətlər qeydə alınıb ki)! Vəziyyəti dəqiq qiymətləndirən ermənilər yüksəkliyi mühasirəyə almağa başlayırlar və vaxtilə Hamiqə ismarıcladıqları "O Remboya deyin ki, onunla haqq-hesab çəkmək bizə borc olsun!" hədəsini gerçəkləşdirməyə çalışıblar. İntuitiv olaraq təhlükəni dəqiq duyan Hamiq əsgərlərə hərbi qaydada geri çəkilməyi əmr edərkən əsgərlərdən Rasim adlı biri yaralanaraq döyüş meydanında qalır. Hamiq onu gətirmək üçün geri dönür və yaralıya kömək əli uzadanda erməni snayreri şansı əldən buraxmır.... ŞƏHİD HAMİQ Valideynlərinin, dostlarının, xidmət yoldaşlarının, məüllimlərinin və hətta... ermənilərin də ürək sözləri bir şeyə şəhadət verir: Hamiq bu dünyada hamı üçün əvəzsiz insan - BÖYÜK SƏRVƏT idi. Şəhidliyi isə onu bizim üçün daha BÖYÜK SƏRVƏTƏ çevirdi: "Biz Hamiqə vətənrərvərlik öyrədirdik, o isə bizə qəhrəmanlığı öyrətdi" (Təhsil aldığı 144 saylı məktəbin direktoru Şükür Əhmədov).  Qarabağın təbiəti - dağları, meşələri eynən Hamiqin Yardımlıda gördüklərinin təkrarıydı. Hamiq Qarabağı doğma Yardımlısı qədər sevərdi. Bəlkə də elə bu sevgi onun son qismətinə Qarabağı seçdi. ...Hamının "ÖMÜR" adlı kitabının son səhifəsinə "ölüm" adlı bir nəsnə yazılıb. Ona öz əcəlinlə də, şəhidlik zirvəsinə ucalmaqla da qovuşmaq olar. Ancaq sonuncu daha şərəflidir. Hamiq ölümün də şərəflisini seçdi...   SOH: Biz bir döyüşçü, qəhrəman obrazını qələmə aldıq. Halbuki Azərbaycan və onun Hamiq timsallı övladlarının böyüklüyü SÖZLƏ İFADƏ OLUHASI QƏDƏR deyil. Sadəcə, AHIM refleksi QƏLƏMİ qüdrətləndirir - İlahinin çaldığı QƏLƏMin qismətini redaktə etmək olmur... Xanoğlan ƏHMƏDOV