"Valensiya" öz meydanında "Atletik"ə uduzdu

İspaniya La Liqasının 33-cü turunun matçında "Valensiya" "Atletik"i qəbul edib. “Report” xəbər verir ki, görüş Valensiyada, "Mestalya" stadionunda keçib və qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda hər iki qolu oyunun 13-cü və 47-ci dəqiqələrində yarımmüdafiəçi Raul Qarsiya vurub. "Atletik" bu qələbədən sonra 48 xal yığaraq yarış cədvəlində 7-ci yerə yüksəlib. "Valensiya" 46 xalla 10-cu yerdə qərarlaşıb.