Qulamhüseyn Əlibəyli: “Sərdar Cəlaloğlunun təklifini məqbul hesab etmirəm”“

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun Azərbaycan Respublikasının adında dəyişiklik edilməsi barədə mətbuatda səsləndirdiyi təklifi birmənalı qarşılanmayıb. Qeyd edək ki, ADP sədri sədri sözügedən təklifində ölkənin "Azərbaycan Türk Respublikası”adlandırılmasının vacibliyini vurğulamışdı. İlkxeber.org-un əməkdaşı Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylidən S.Cəlaloğlunun sözügedən təklifinə münasibət bildirməsini xahiş edib. Aydınlar Partiyasının sədri saytımızın əməkdaşınaAzərbaycan Respublikasının adının dəyişdirilməsi ilə əlaqədar ADP sədri Sərdar Cəlaloğlunun təklifini məqbul hesab etmədiyini bildirib. “Bu təklifin verilməsi motivlərinə anlayışla yanaşsam da, təklifin gerçəkləşməsi real görünmür”-deyə Q.Əlibəyli qeyd edib. Partiya sədri hesab edirəm ki, dövlətimizin adının dəyişdirilməsinə yalnız bir halda-hazırda İran adlanan ərazilərdə yaşayan çoxmilyonlü soydaşlarımızla bir ölkədə birləşdikdən sonra baxıla bilər.