İranda koronavirusun geniş yayıldığı əyalət və şəhərlərdə sərt karantin rejimi tətbiq olunacaq

İranda yeni növ koronavirusa (COVİD-19) yoluxmanın geniş yayıldığı əyalət və şəhərlərdə (qırmızı zona) 1 həftəlik sərt karantin rejimi tətbiq olunacaq.

APA-nın məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani  Koronavirusla Mübarizə  Qərargahının bugünkü iclasında bildirib. 

Ruhani deyib ki, lazım gələrsə, bu müddət uzadılacaq.İran Prezidenti qeyd edib ki, iyul ayının 5-dən 21-dək ölkədə qapalı və ictimai yerlərdə maskadan istifadə icbaridir və aidiyyatı qurumlar buna nəzarət etməlidir.