Nazirlikdən Azərbaycanda 5G-nin tətbiqi ilə bağlı AÇIQLAMA

Azərbaycanda 5G texnologiyası tətbiq olunmur. Bu barədə Musavat.com-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib. Verilən məlumata görə, 5G "Bakutel-2019" çərçivəsində pilot layihə olaraq, paytaxt Bakıda qısa zaman kəsiyində test edilib. 5G-də tətbiq edilən radiotezliklər ionlaşdırmayan radiospektr diapazonunda yerləşir. İonlaşdırmayan radiotezliklərinin insan sağlamlığına təsirləri mütəmadi olaraq beynəlxalq institutlar tərəfindən tədqiq edilir.