Lerik rayonunda dini icma sədrləri və din xadimləri ilə videokonfrans keçirilib

İyunun 11-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lerik Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Lerik rayonunda fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri ilə videokonfrans keçirilib. Videokonfransda DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, Lerik RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov, dini icma sədrləri və din xadimləri iştirak edib. Çıxışlar zamanı koronavirus pandemiyasına (COVID-19) qarşı ölkəmizdə görülən qabaqlayıcı tədbirlər və həyata keçirilən işlər barədə danışılıb. Dəfn mərasimləri istisna olmaqla yas mərasimlərinin keçirilməsinin qadağan edildiyi diqqətə çatdırılmış, qeyd edilən qaydalara əməl edilməsinin vacibliyi vurğulanmışdır. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.