"Sizi nümunə göstərmək istədik" - Valideynlər müəllimlərin fədakarlığından yazdı

Məlumdur ki, dünyanı cənginə alan koronavirus epidemiyası təəssüf ki, Azərbaycandan da yan keçmədi. Cari ilin fevfral ayından başlayaraq respublikamızda koronovirusla bağlı yoluxma hallarının müəyyən edilməsi və tibbi personalın epidemiyaya qarşı səfərbər edilməsinə başlanılmışdır. Qeyd etmək lazımdır ki, 2020-ci ilin mart-aprel aylarında ölkə Prezidenti İlham Əliyevin göstərişi ilə həyata keçirilən tədbirlər nəticəsində koronavirusun ölkəmizdə geniş yayılmasının qarşısı müəyyən qədər alınmışdır. Ölkəmizdə koronovirusa yoluxan xəstələrin müalicəsi üçün Prezident İ.Əliyev tərəfindən münasib xəstəxanaların təşkil edilməsi və bu xəstəxanalara lazım olan müxtəlif tibbi avadanlıqların gətirilməsi həyata keçirilmişdir. Pandemiya dövründə həyata keçrilən tədbirlərə baxmayaraq dünya ölkələrində olduğu kimi bizim respublikamızda da ictimai həyatın bir çox sahələri əziyət çəkmişdir. Pandemiya dövründə cəmiyyətimizdə əziyət çəkən sahələrdən biri də təhsil sahəsi olmuşdur. Koronavirusun yayıldığı çətin vaxtlarda respublikamızda həkimlərimizin və polis işçilərinin fədakarlıq göstərdikləri kimi təhsil işçilərimiz - xüsusən müəllimlərimiz də fədakarlıq göstərməyə başlamışlar. Xüsusən övladları orta məktəbdə təhsil alan valideynlər karantin dövründə uşaqlarının təhsili ilə bağlı daha çox narahatlıq keçirməyə başladılar. Əlbəttə uşaqların təhsili ilə bağlı valideynlərimizin narahatlığı hamı üçün başa düşüləndir. Karantin vəziyyətində orta məktəblərdə dərslərin əyani formadan onlayn formasına keçilməsi həm müəllimlərdə, həm də valideynlərdə müəyyən çaşqınlıq yaratdı. Lakin bütün bunlara baxmayaraq biz valideynlər Xətai rayonu 249 saylı məktəbdə oxuyan bəzi şagirdlərin valideynlərinin onların övladlarına karantin şəraitində onlayn formatda dərs deyən müəllimlərə öz minnətdarlıqlarını bildirmək istəyirlər. Bizim müəllimlərə olan minnətdarlığımız övladlarımızın təhsilinə qayğıkeşlik göstərən müəllimlərə sadəcə olaraq bir diqqət əlamətidir. Fədakar müəllimlərimizə minnətdarlıq bildirən valideynlər aşağıdakılardır: 1) 1Ç sinifində oxuyan şagirdlərin valideynləri – Nəbiyeva Kəmalə, Xalidova Səbinə, Quliyeva Leyla, Əsədli Könül, Hüseynova Kəmalə, Əliyeva Qumru və başqaları 1Ç sinif müəlliməsi Hüsyenova Qəmər müəlliməyə dərin minnətdarlıq edirlər. 2) 4A sinifində oxuan şagirdlərin valideynləri – Ş.Teyyubova, K.Əsədli, R.İbişova, K.Hüseynova, N.Fərzəlizadə və başqaları 4A sinif müəllimi Səbinə Novruzovaya və ingilis dili müəllimi Fərqanə Mürşüdovaya öz razılıqlarını bildirirlər. 3) 7B sinif şagirdlərinin valideynlərindən – K.Əsədli, N.Məmmədova, R.Mirzəyeva və başqaları Dil-Ədəbiyyat müəllimi İ.Xəlilovaya, İngilis dili müəllimi T.Cəfərovaya, Riyaziyyat müəllimi T.Hümbətovaya, Fizika müəllimi S.Əhmədovaya, Biologiya müəllimi R.Quliyevaya, Tarix müəllimi A.Mustafayeva öz minnətdarlığını bildiriblər. 4) 8D sinif şagirdlərinin valideynlərindən - K.Hüseynova, Z.Əhmədova, K.Əliyeva, M.Qarayeva, A.Heydərova və başqaları Dil-Ədəbiyyat müəlliməsi T.Qafarovayaya, Riyaziyyat müəllimi Həcər Aslanovaya, Fizika müəllimi Süsən müəlliməyə öz razılıqlarını bildirirlər. Bir məsələni də qeyd etmək lazımdır ki, Pandemiya şəraitində 249 saylı məktəbin bütün müəllimləri haqqında bu cür xoş sözləri heç də məktəbin bütün müəllimləri haqqında demək mümkün deyil. Biz valideynlər övladlarımıza dərs deyən müəllimləri yaxşı tanıyırıq və hansı müəllimlərin şagirdlərə necə dərs dediyindən xəbərimiz vardır. Bu Pandemiya şəraitində kimlərin fədakarlığını, kimlərin laqeydliyinin də şahidi olduq. Övladlarımıza dərs deyən müəllimlərin adlarını çəkməklə biz həmin müəllimləri səhlənkarlıq edən digər müəllimlərə nümunə göstərmək istədik. Koronavirusa qarşı mübarizə dövründə həkimlərimiz, polis işçilərimiz kimi müəllimlərimizin də fədəkarlıq edərək xalqımızın gələcəyi olan uşaqlarımızın savadlı və bilikli şəxslər kimi böyüməsini istəyirik. Sakit Hüseynov,  Xətai rayonu 249 saylı tam orta məktəbin Valideyn Şurasının sədri