"Elitar ailələr", "ziyalılar" məni qınamağa çalışanda...

Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədri, İlkxeber.org saytının baş redaktorunun birinci müavini Vasif Sadıqlının Azərbaycan dilinin qorunması ilə bağlı sosial şəbəkələrdə yazdığı statusları, saytlardakı çıxışları ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Saytlarda və sosial şəbəkələrdə mövzu ilə bağlı xeyli araşdırma yazıları çap olunub. Talıb Bağırov adlı "Feysbuk" istifadəçisi də son statuslarının birində Vasif Sadıqlıya xitabən Azərbaycan dilinə qarşı olan biganə və laqeyd münasibətdən ürək yanğısı ilə yazıb. Həmin statusu "İlkxəbər"in oxuculrına olduğu kimi çatdırırıq: "Hörmətli Vasif Sadıqlı!. Azərbaycan dilinin paytaxtımız Bakı şəhərində əhali tərəfindən çox aşağı səviyyədə işlədildiyini mən də bir neçə dəfə urək ağrısı ilə Fb, instaqram səhifəmdə paylaşmışam. Siz Bakının mərkəzi hissəsində gördüyünüzü yazmısınız. Amma təəssuflər olsun ki, Bakının kəndlərindən başqa hər yerdə vəziyyət Siz yazdığınızdan da acınacaqlıdır. Belə ki, mən özum on ilə yaxın Tümen vilayətində yaşamışam və işləmişəm. Rus dilini də zəif bilmirəm. Bu gun yaşadığım binanın yalnız bir mərtəbəsinin səkkiz mənzilndən dördü  ilə qonşuyuq. Bu mənzillərdən biri boşdur. Həmin qonşularda iki ailədə 5 uşaq böyuyur və hamısı da rus məktəblərinə gedirlər. Valideynləri azərbaycanlı olsalar da, vaxtilə Azərbaycanda rus məktəblərində təhsil alanlardır. Bir neçə dəfə onlarla da dil barədə söhbətimiz olub. Hər iki ailədəki valideynlər ali təhsillidirıər. Bu valideynlər Azərbaycanda fəaliyyət göstərən Azərbaycan dilli məktəblərdə təhsilin səviyyəsinin zəif oldiğunu bəhanə gərir və övladlarının rus dilli olmasının onların gələcək inkişafında musbət təsirlər göstərəcəklərini duşunurlər. Bizim binamızda 540-a yaxın ailə yaşayır. İndi görun, bu gun Bakıda nə qədər bu cur hündürmərtəbəli binalar, komplekslər və s. var. Həyətdəki uşaqların çoxu da bir-birilə rus dilində danışırlar. Karantinlə əlaqədar səhər və axşam üstü həyətdəki parkda dincəlirəm. Hazırda məlum səbəbdən məktəb, bağça, ali təhsil muəsisələrində dərslər olmadığından parkda, həyətdə uşaqlar, valideynlər çoxluq təşkil edirlər. Ən dəhşətli mənzərə də odur ki, parkdakı uşaqların, valideynlərin tam əksəriyyətinin azərbaycanlı olmalarına baxmayaraq, hamısı bir- biriləri ilə rus dilində danışırlar, ünsiyyətdə olurlar. Daha acınaqlısı isə parkın yaxınlığında yaşayan qaçqın-köçkunlər  və onların övladları da həmin uşaqlarla rus dilində danışırlar. Sizin bildirdiyiniz kimi "bu düşündürücü bir hal" yox, tam milli faciədir, fəlakətidir. Mən ildə bir-iki dəfə hava limanınına getməli oluram. Tam bir biabırçılıqdır. Hər dəfə də orada çalışan işçilərlə-qızlarla mubahisə edirəm, etirazımı bildirirəm, dilləşirəm. Etiraz səsimi ucaldıram, susmuram. Vermiş olduğum sualları rus dilində cavablandırdıqları uçun. Çox təəssuflər olsun ki, ətrafımızdakı "elitar aiılələr", "ziyalılar",  azərbaycanlı soyadlarını daşıyan, amma çoxdan azərbaycanlı məfhumunu unutmuş bəzi "məxluqcuğazlar" məni qınamağa çalışanda lap hövsələdən çıxıram. Özumu heç cur ələ ala bilmirəm. Rus dilində iki kəlməni duz əməlli danışa bilməyən bu "cılız ziyalı" libasına burunmuşlərə, özlərini ətrafdakıların ğözunə soxmağa səy edənlərə ürəyim ağrısa da, bu zavallılara yazığım gəlsə də, təəssuf ki, əlimdən də bir iş gəlmir. Hərənin də bir "gözəl" bəhanəsi var: "Biz rus dilliyik, rus məktəbini bitirmişik". Azərbaycanlı ata-ananın övladı olan bu gənclərimizi başa salmaq olmur ki, çox dil bilmək ana dilində danışmamağa haqq qazandırmır. Azərbaycanlısansa, Azərbaycan vətəndaşısansa, dövlət dilimiz Azərbaycan dilidirsə, Azərbaycan ərazisində yaşayıb çalışırsansa, mənimlə dövlət dilimizdə danışmağa, dilimə, adət ənənələrimə, Azərbaycan qanunlarına hörmət göstərməyə borclusan. Sizcə, nazirləri Azərbaycan dilində danışa bilməyən bir ölkənin sadə vətəndaşlarını günahlandırmaq doğru yanaşmadırmı? Familiyalarımız, adlarımızla bağlı 27 ildir ki, yalnız söz-söhbətdən başqa əməli bir iş görulməyib. Bu məsələnin də birdəfəlik həll edilməsi, görünür,  kimlərəsə sərf etmir. Dövlət səviyyəsində rus dilinin Azərbaycan ərazisində işlədilməsini, tənzimlənməsini və buna nəzarət mexanızmlərini, həyata keçirilməsini birdəfəlik daimi əsasda həll etmək lazımdır. Yoxsa Bakı yenidən SSRİ-i dövrundəki beynəlxalq şəhər statusunu uzun muddət qoruyub saxlamış olacaqdır".