Ramil Səfərov kimdir - qatil, yoxsa qəhrəman?

2004-cü ildə, Macarıstanda NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində hərbçilər üçün inglis dili kurslarında olan baş leytenant Ramil Səfərov qətl törədib.
O, Mikloş Zrinya adına Macarıstan Milli Müdafiə Universitetinin yataqxanasında Ermənistan ordusunun 25 yaşlı leytenantı Qurgen Marqaryanı balta ilə öldürüb.
İstintaq materiallarına görə, 26 yaşlı R.Səfərov "yuzuda olan" Marqaryanı baltalayandan sonra 29 yaşlı erməni kapitan Hayk Makuçyanı da öldürmək istəyib. Amma Makuçyanın bəxti gətirib.
Hadisə səhər saat 5-də, yataqxananın 218/a otağında baş verib və əsas şahid macar Kuti Balaş olub.
Ramil Səfərov ömürlük həbs cəzası almışdı. O, 2012-ci ildə Azərbaycana ekstradisiya olunub.
Ramil cəzasız qaldı? Əsla, çünki 8 il həbsxanala oldu. Həyatının ən parlaq illərini məşum kamerada keçirdi, əməlinə görə ağır bədəl ödədi.
Macarıstan da daxil olmaqla, Avropa ölkələrində qətlin cəzası orta hesabla elə budur və ona görə də "cinayət-cəza" məsələsini bağlayaq, Ramili də Rodion Raskolnikov diskursunda müzakirə etməyək.
Yaşananlar, R.Səfərovla bağlı proses, ekstradisiyadan sonra baş verənlər - hamısı məlumdur.
Ramil Səfərov qəhrəmandırmı? Düşünmürəm. Əslən Cəbrayıl rayonundan olan, erməni işğalçılarının terrorçunu, vəhşiliyini, sadistliyi və manyaklığını bilən Ramilin ailə üzvləri, qohumları Qarabağ faciəsini yaşayıblar.
Ramil Səfərov erməni terrorçunun, erməni işğalının və erməni vurdalaklığının qurbanıdır.
Məhkəmə bunu nəzərə almamışdı Budapeştdə.
Habelə istintaq materiallarında bir sıra önəmli məqamlar da görməzdən gəlinmişdi.
Məsələn, Hayk Makuçyanla Qurgen Marqaryan o kurslarda sürəkli olaraq Azərbaycanı aşağılayır, azərbaycanlıların ünvanına təhqiramiz ifadələr işlədirdilər. Onlar hətta Azərbaycan bayrağını ayaq altına ataraq tapdalamışdılar da.
Ramil ermənini öldürməli idimi? İndi asanlıqla, rahatlıqla "yox" yazmaq bəsitdir.
O zaman, orada olsaydım və ermənilərin həmin hərəkətlərini görsəydim, nə edərim? Bildiyim dillər, oxuduğum kitablar, aldığım humanist və tolstovçu tərbiyə işimə yarardımı?