"21 maydan 28 maya gedən yol"

Mayın 23-də Təbriz Araşdırmaları İnstitutunun (TEBAREN), Bütöv Azərbaycan Ocaqlarının (BAO) və Azərbaycan Siyasi Quruluşlarının Əməkdaşlıq Platformasının (AZOH-Dirəniş-GADP) təşkilatçılıqları ilə "21 maydan 28 maya gedən yol" mövzusunda onlayn konfrans keçirilmişdir. Bu barədə İlkxeber.org-a BAO İnformasiya Xidmətindən məlumat veriblər.
Fotoğraf açıklaması yok.
Tədbir zoom platformasında onlayn olaraq baş tutmuş, eyni zamanda Bütöv Azərbaycan Ocaqlarının (BAO) rəsmi facebook səhifəsi üzərindən canlı olaraq yayımlanmışdır. Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türkiyə Təmsilçiliyinin rəhbəri Sina Həsəni konfransı açıq elan edərək tədbirin keçirilməsinin məqsəd və məramı haqqında məlumat vermişdir. Daha sonra söz məruzəçilərə verilmişdir. Məruzəçilər - tarix elmləri doktoru, professor Nəsib Nəsibli, Azərbaycan Milli Dirəniş Təşkilatının (AMDT) sözcüsü Babək Çələbiyani, Azərbaycanın Güneyindən olan milli fəal Cavad Abbasi, Təbriz Araşdırmaları İnstitutunun (TEBAREN) əməkdaşı İbrahim Ramazani və Azərbaycanın Güneyindən olan milli fəal Haray Fəthipur mövzu ilə bağlı geniş çıxış etmişlər. Bununla da konfrans işini başa çatdırmışdır. Konfransın video linki: https://www.facebook.com/baoazerbaycan/videos/177957173555957/