Türkiyə Azərbaycanla bağlı XOŞ XƏBƏRİ verdi: Görüntülər yayıldı

Türkiyə mediası Zəngəzur dəhlizində inşa edilən tunellə bağlı video görüntülər yayıb.

Yaxın zamanda tunelin açılışı və dəhlizin istifadəyə verilməsi planlaşdırılır. Zəngəzur dəhlizi Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirərək, regionda nəqliyyat əlaqələrinin inkişafına mühüm töhfə verəcək. Layihə çərçivəsində inşa edilən tunel isə bu marşrutun əhəmiyyətli hissəsini təşkil edir.

Tikinti işlərinin sürətlə davam etdirildiyi və dəhlizin tezliklə istifadəyə veriləcəyi bildirilir. Bu layihə, həmçinin, regionda iqtisadi əlaqələrin güclənməsinə və ticarət dövriyyəsinin artmasına şərait yaradacaq.

Zəngəzur dəhlizinin açılışı ilə bağlı rəsmi tarix hələ açıqlanmasa da, bu tarixin uzun çəkəcəyi görünmür.

Qeyd edək ki, ötən il Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Zəngəzur dəhlizinin açılmasını səbrsizliklə gözlədiklərini bildirmişdi.//Ajans.az