Türkiyə millisi Bakıya gəldi - FOTOLAR

AVRO-2020-nin A qrupunun 2 oyununu Bakıda keçirəcək Türkiyə millisi Azərbaycana gəlib.

Ilkxeber.org xəbər verir ki, “ay-ulduzlular”ı Heydər Əliyev Hava Limanında Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı qarşılayıb.

 
 
 
 
 
 

Qeyd edək ki, açılış matçında Romada İtaliyaya 0:3 hesabı ilə uduzan Türkiyə yığması qrupdakı son 2 görüşünü Bakı Olimpiya Stadionunda oynayacaq. İyunun 16-da Uelslə qarşılaşacaq Şenol Güneşin baş məşqçi olduğu kollektiv 4 gün sonra İsveçrə ilə münasibətlərinə aydınlıq gətirəcək.