Rusiya Türkiyəyə uçuşların dayandırılması müddətini uzadıb

10 iyundan 8 ölkəyə uçuşları bərpa edilir

Rusiya Türkiyə və Tanzaniyaya uçuşların dayandırılması müddətini uzadıb.

AzNews.az xəbər verir ki, bu barədə Rusiyada koronavirusun yayılmasına qarşı mübarizə üzrə yaradılan Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, ağır epidemioloji vəziyyət nəzərə alınaraq, Türkiyə və Tanzaniyaya uçuşlar 21 iyun 2021-ci ilə qədər uzadılır.

Vəziyyətin nisbətən yaxşı olduğu üçün 2 iyundan etibarən Böyük Britaniyaya uçuşların bərpa edilir.

 

10 iyundan etibarən Avstriya, Macarıstan, Livan, Lüksemburq, Mavriki, Mərakeş, Xorvatiya, eləcə də Albaniyaya müntəzəm beynəlxalq uçuşlar başlayacaq. Eyni zamanda Rusiyadan Azərbaycan, Yunanıstan, Ermənistan, Qətər, Özbəkistan, Tacikistan,Misir və Serbiyaya da uçuşların sayı artırılacaq.

Xatırladaq ki, Rusiya 12 apreldə Türkiyəyə uçuşları 15 aprel ilə 1 iyun arası dondurmuşdu.