Metroda sərnişindaşıma fəaliyyəti bərpa edildi FOTOLAR

Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İlkxeber.org xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qərara əsasən, saat 06:00-dan metro sərnişinlərin istifadəsinə verilib.

Lakin həftəsonları - 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Məlumat üçün bildirək ki, metroda sərnişindaşıma fəaliyyəti ötən il oktyabrın 19-dan dayandırılmışdı.