Azərbaycanda virusa yoluxanların 51 faizi qadınlardır

Azərbaycanda koronavirusa yoluxanların 21 faizi 30-39 yaş arasında, 18 faizi isə 50-59 yaş arasında olan şəxslərdir.

Virtualaz.org koronavirusinfo.az-a istinadən bildirir ki, yoluxanların 3 faizini 0-9 yaş, 2 faizini 80 yaşdan yuxarı şəxslər təşkil edir. Yoluxanların 51 faizi qadın, 49 faizi isə kişilərdir.

Xatırladaq ki, bundan əvvəlki statistikada yoluxanlardan 54 faizini qadınlar, 46 faizini kişilər təşkil edirdi.