"Milli dövlətçiliyimizin möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin xidmətləri" mövzusunda onlayn tədbir keçirilib

Aprelin 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Yardımlı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Milli dövlətçiliyimizin möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin xidmətləri"  mövzusunda onlayn tədbir keçirilib.

Tədbirdə təşkilatçı qurumların əməkdaşları, ziyalılar və gənclər iştirak ediblər. 

DQİDK-nın  Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Hüseynli, Yardımlı Rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Alışov, Horavar  kənd tam orta məktəbinin tarix müəllimi Sərxan Musayev və başqaları çıxış edərək vurğulayıblar ki, müstəqilliyimizin və dövlətçiliyimizin qorunub saxlanılması Ulu Öndərin adı ilə bağlıdır. Tarix 20-ci əsrdə Azərbaycan xalqına Heydər Əliyevin timsalında dahi rəhbər və müdrik dövlət xadimi bəxş etdi. Ümummilli Liderimiz Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı müstəqil dövlətçiliyimizin qorunub möhkəmlənməsində müstəsna rol oynadı. Hazırkı müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyev dühasının, onun misilsiz xidmətlərinin bəhrəsidir.