Bayden ABŞ-ın tarixinə də baxmalıdır...tarixin saxtalaşdırılmasına "soyqırım" deyə bilirsə...

ABŞ prezidenti Co Baydenin "erməni soyqırımı" ifadəsini işlətməsi ilə bağlı Azərbaycan Azəri –Türk Qadınlar Birliyi bəyanat yayıb.
Bəyanatda deyilir:
"Erməni lobbiçilərinin yalançı təbliğatının qurbanı olan Co Baydenin "soyqırım" ifadəsini istifadə etməsi ABŞ hökumətinin tarixi səhvidir. Co Baydendən öncəki prezidentlərə də erməni lobbisi təzyiqlər edirdi, ancaq heç bir ABŞ prezidenti bu səhvi etməmişdi. ABŞ prezidenti bilməlli idi ki, əslində tarixdə belə bir hadisə baş verməyib. Türkiyəyə siyasi maraqları üçün təzyiq etmək istəyən ABŞ-a tarixi səhvə yol verməsi haqqını vermir. Hər bir ölkə rəhbəri istifadə etdikləri ifadələrə diqqətlə yanaşmalıdır. Co Bayden tarixin saxtalaşdırılmasına "soyqırım" deyə bilirsə, o zaman prezidentlik etdiyi ABŞ-ın tarixinə də baxmalıdır. ABŞ yerli abargenlərin qırılması üzərində qurulan bir dövlətdir. Hər bir ölkə tarixinə baxıb, başqa bir dövləti ittiham etməlidir.
Saxta tarixi gündəmə gətirənlər o dövrün hadisələrinə diqqətlə baxmalıdırlar. 1918-ci ilin mart ayının sonlarında ermənilər Azərbaycanın müxtəlif bölgələrində soyqırım törədiblər. Həmin hadisələr zamanı 500 mindən artıq insan erməni daşnaqlarının qurbanı olublar. Təsadüfi deyil ki, Azərbaycanda 31 mart rəsmi olaraq soyqırım kimi qeyd edilir. Həmin hadisələr tarixi sənədlər, fotolarla öz təstiqini tapıb. Niyə görə saxta tarixə "soyqırım" deyə bilənlər, bu cür faktlara biganə qalırlar? Bunun özü dünyadakı ikili standartın bariz nümunəsidir.
Heç bir tarixə fakta əsaslanmayan iddialara "soyqırım" deyə bilənlər, ermənilərin Xocalıda törətdiyi və fotoları, videoları, günümüzdə həmin hadisələrin dəhşəti ilə yaşayan şahidləri niyə görmür, dinləmir? Xocalıda törədilən soyqırıma niyə tarixi və siyasi qiymətini vermirlər? Bu ki, uzaq tarix deyil. Bu dünyada türkə, Türkiyəyə qərəz nümayişi, ikili standartla yanaşmadır.
Əgər ermənilərə qarşı 1915-ci ildə soyqırım törədilibsə, əllərində faktları, sübutları varsa, niyə Türkiyənin birgə tarixi komissiya tərəfindən araşdırılması təklifini rədd etmişdi? Ermənilər çox gözəl bilirlər ki, hadisələr tarixçilər tərəfindən araşdırılsa, onların sözdə "soyqırımı", yerlə bir olacaq. Ermənilər tarix boyu riyakar, dost görünüb, fürsət düşəndə dərhal arxadan zərbə endirən bir millət olub. Erməni tarixində saxta olmayan heç bir şey yoxdur. Əlində faktı, sübutu, iddiasını dəstəkləyə biləcək sənədləri olan millət araşdırma masasından boyun qaçırmaz. Sadəcə olaraq erməni lobbisinin gücü və bu gücü arxasına almaq istəyənlərin xisləti "erməni soyqırımı"nı Türkiyəyə təzyiq vasitəsi kimi istifadə etməkdədir. Tarixi təsdiqini tapmayan bir hadisə, siyasi müstəvidə müzakirə edilə bilməz! Biz ABŞ-ı və qondarma "soyqırımı" siyasi müstəviyə gətirənləri real hadisələrə qiymət verməyə səsləyirik! 1918-ci il 31 mart soyqırımını, Xocalı soyqırımını tanımağa dəvət edirik!
Tarixin saxtalaşdırılması, “tarixin yenidən yazılması” cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir! Saxta iddialara siyasi qiymət vermək yolverilməzdir! Biz bu addımı pisləyirik. Türkiyənin haqq davasında daim yanlarında olacağımızı bəyan edirik".