Sahibkar xanımlar Ağdamda səfərdə olublar

Aprelin 20-də, Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Nazir və Tacir Allahverdiyev qardaşlarının doğum günündə  Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyanın üzvləri, sahibkar xanımlar şəhidlərin anasını ziyarət ediblər. Ekiz şəhid 
qardaşların anası Mailə xanıma səbr diləyən AQSİA sədri Səkinə Babayeva  şəhidlərin xalqımızın qürur mənbəyi olduğunu,  hər zaman qəlbimizdə yaşayacağını bildirdi.  Assosiasiyanın üzvləri Afət Həsənli, Aida Kahveçi,  Sosial məsələlər komissiyasının sədri, Nəzarət təftiş komissiyasının üzvü Gülnarə Xəlilova,  İdarə Heyətinin üzvü və İctimaiyyətlə əlaqələr Komissiyasının rəhbəri Mətanət Ağamirli  mənəvi borc olaraq hər zaman şəhid anasının  yanında olacaqlarını vurğuladılar. 
 AQSİA üzvləri daha sonra ekiz  şəhid qardaşların  məzarlarını ziyarət etdilər. Şəhid anası AQSİA-nın ona göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirərək övladlarının vətən uğrunda canlarından keçməsindən qürur  hissi yaşadığını dilə gətirib. Mailə ana eyni zamanda dövlətdən, Prezident İlham Əliyevin şəhid ailələrinə qayğısından, diqqətindən razılığını ifadə edib.  
Daha sonra AQSİA üzvləri Ağdamın Quzanlı qəsəbəsində yerləşən şəhid məzarlığını da ziyarət ediblər.