Ramazan ayının başlanması ilə əlaqədar videokonfrans keçirilib

PRESS RELİZ

Aprelin 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Ramazan ayının başlanması ilə əlaqədar Lənkəran, Astara və Lerik rayonlarında fəaliyyət göstərən dini icma sədrləri və din xadimlərinin iştirakı ilə videokonfrans keçirilib.

Videokonfransda DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin müdir müavini Anar Kərimov, Lənkəran ŞİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Cavad Miriyev, dini icma sədrləri və din xadimləri iştirak edib.

Çıxışlar zamanı Ramazan ayı ilə bağlı din xadimlərinə tövsiyələr verilib. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Ramazan ayı ilə bağlı fətvası və Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın qərarlarına əməl edilməsinin vacibliyi qeyd edilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.