Dilavər Əzimli ölümünün 40-cı günü doğulduğu kəndində yad edilib
İlkxeber.org xəbər verir ki, mərhumun Ağdaş kənd qəbristanlığındakı məzarı ziyarət edilib.
Ziyarətdə Bütöv Azərbaycan Ocaqlarının rəhbərliyi (BAO) və üzvləri, ölkənin elmi-pedaqoji ictimaiyyətinin nümayəndələri, Cəlilabad rayonunun ziyalıları, alimin yaxınları və kənd əhalisi iştirak ediblər. Dilavər Əzimlinin məzarı üstündə mərhumun ruhuna dualar oxunub.
Daha sonra BAO başqanı Zahir Əlisoy, BAO başqanının humanitar məsələlər üzrə müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlı, Türk dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli, ilahiyyatçı İsa Ələkbər və b. çıxış edərək Dilavər Əzimlinin çox dəyərli bir milli ziyalı, vətən və millət üçün gərəkli bir insan olması haqqında öz fikirlərini bölüşmüş, mərhum haqqında maraqlı xatirələrini danışmışlar.
Tədbirdə D. Əzimlinin dünyasını dəyişməsinin Azərbaycan elmi və Bütöv Azərbaycan mücadiləsi üçün ağır itki olduğu vurğulanıb.
© 2020 - Created by İLK XEBER.