Cəlilabadda “Vətən sərhəddən başlayır” mövzusunda tədbir keçirilib

Cəlilabadda rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə “Vətən sərhəddən başlayır” mövzusunda online tədbir keçirilib.
İlkxeber.org xəbər verir ki, tədbirdə Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Qərənfil Əhmədova, şöbənin əməkdaşları Ağaxan Ağayev, Püstəxanım Qəniyeva, Respublika Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri Firudin Məmmədov, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş, qismən sağlamlığını itirmiş Vətən müharibəsi iştirakçıları, Cəlilabad rayon məktəblərinin pedaqoji heyəti və məktəblilər iştirak ediblər.
Mövzu ətrafında çıxış edənlər Ali Bas Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun və ona dəstək olan qəhrəman xalqımızın Vətən müharibəsində parlaq qələbəsindən, uzun illər düşmən işğalı altında olan əzəli və əbədi torpaqlarımızın mənfur düşmən tapdağından azad edilməsindən, Vətən müharibəsinin  xalqımızın parlaq qələbəsi ilə başa çatmasından, uzun illər düşmən tapdağı altında qalan əzəli və əbədi torpaqlarımızın mənfur düşməndən azad edilməsindən bəhs ediblər.

Tədbirdə həmçinin Vətən müharibəsi iştirakçıları düşmənə qarşı döyüşləri barədə öz xatirələrini danışıblar. Onlar dövlətimizin ərazi bütövlüyü uğrunda istənilən anda xidmət etməyə hazır olduğunu bildiriblər.
Sonda Cəlilabad rayon məktəblərində təhsil alan şagirdlər vətənpərvəlik mövzusunda çıxışlar ediblər.