Feysbuk, Votsap və İnstaqram çökdü

Votsap mesajlaşma xidmətinin, Feysbuk və İnstaqram sosial şəbəkələrinin fəaliyyətində nasazlıq yaranıb.

Axar.az xəbər verir ki, hazırda Feysbukda səhifə yenilənməsi, həmçinin ismarışların göndərilməsi mümkünsüzdür.

İstifadəçilərin məlumatına görə, Votsapda da mesajların göndərilməsində problem yaşanır.

İnstaqramda isə foto və hekayə bölümünün yenilənmədiyi bildirilir.