"Çanaqqala əcdadımızın yazdığı şanlı bir dastandır..." - Ərdoğan Çanaqqala zəfəri haqda

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala zəfərinin 106-cı ildönümü ilə bağlı şıxış edib.

Avropa.info xəbər verir ki, Ərdoğan Çanaqqala zəfərini şanlı dastan adlandırıb.

"Çanaqqala Anadoludakı Türk varlığına ve muqəddəs dəyərlərimizə qarşı olanlara qarşı qəhrəman əcdadımızın yazdığı şanlı bir dastandır. Çanaqqala ruhu millətimizin gələcək nəsillərə daha güclü təslim olacağı müqəddəs bir dəyər, atalarından miras qalan müstəqillik idealıdır. Tarix torpağımızı işğal etməyə çalışanların uğursuz olduğu nümunəvi dərslərlə doludur", - Ərdoğan bəyan edib.

Türkiyə Prezidenti qeyd edib ki, Türk milləti Çanaqqala və Qurtuluş savaşında olduğu kimi, 15 İyulda da eyni mübarizə ruhu ilə işğala icazə vermədi: 

"Şanlı Çanaqqala Zəfərinin əldə edilməsinin böyük bir anlayışını əsas tutaraq, ölkəmizi çağdaş mədəniyyətlər səviyyəsindən yüksəltməyə qərarlıyıq. Çanaqqala ruhunun bu gün də canlı olduğunu görmək ən böyük güvəncimizdir. Əcdadımızın yadigarı olan istiqbalımızdan əsla güzəştə getməyəcəyik və bu şüurla birlikdə istiqlala doğru gedəcəyik. Müqəddəs dəyərləri uğrunda hər mübarizədə ən çətin şərtlərdə belə düşmənlərini məğlub edən Türk milləti, birliyini, həmrəyliyini və canlılığını qorumaq üçün eyni anlayışla, lazım gələrsə, canını fəda etməyə hazırdır".