DİLAVƏR ƏZİMLİ-millətin dəyərli aydını

 
Birinci Qarabağ müharibəsinin iştirakçısı, tarix elmində özünün dəsti xətti olan, Azərbaycan elminin fədaisi, Bütöv Azərbaycan və Turan sevdalısı, əziz dostumuz Dilavər Əzimlini itirdik.
Bütöv Azərbaycan Ocaqlarının qurucu üzvlərindən biri, tanınmış tarixçi alim, tarix üzrə fəlsəfə doktoru, dosent, 1980-ci illərin axırlarında Azərbaycanın Quzeyində formalaşmış milli azadlıq hərəkatının fəal iştirakçılarından olmuş DİLAVƏR MİRZƏKİŞİ OĞLU ƏZİMLİ
bu gün vəfat edib.
Dilavər bəyin vəfatı təkcə Azərbaycan milli tarix elminə deyil, eləcə xalqın özünə ağır itkidir. Bir millət dəyərli aydınını itirib. O, çox erkən, işlərini hələ bitirmədən bizi tərk elədi.
Dəyərli ziyalımız Dilavər Əzimliyə Allahdan rəhmət diləyir, Arzu xanım Qazıyeva olmaqla ailəsinə, yaxınlarına, Bütöv Azərbaycançılara, Dilavər bəyi tanıyan və sevən hər kəsə, elmi-pedaqoji ictimaiyyətə dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin. Məkanı cənnət, ruhu şad olsun.