Turan Partiyasında mədəniyyət müzakirələri

Fevralın 19-da Turan Partiyasının başqanı Cahandar Bayoğlu, partiyanın Türk Dünyası Teatr Xadimləri ilə İş Mərkəzinin başqanı İlhamə Əhməd və Daşkənd “Turan” teatrının rejissoru və rəhbəri Sayfiddin Malievlinin iştirakı ilə feysbuk üzərindən toplantısı gerçəkləşib. Toplantıda Turan sevdalısı, ölməz şairimiz Hüseyn Cavidin yazdığı ”Turana qılıncdan daha kəskin ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!” məşhur misraları xatırlanıb, Türk dövlətləri ilə mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlıq və Türk dövlətləri teatr xadimlərinin iş birliyinin vacibliyi barədə müzakirələr aparıblar.