Vaksinlərin haram olması iddialarına Hacı Şahindən AÇIQLAMA

Vaksinlərin tərkibində dini baxımdan haram maddələrin olması ilə bağlı deyilənlər tamamilə yanlışdır.

Medianews.az xəbər verir ki, bunu Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli deyib.

Ş.Həsənli bildirib ki, vaksinlərin tərkibində elə bir maddə yoxdur:

“Ona görə də insanlar bu vaksinlərdən rahat şəkildə istifadə edə bilərlər. Dinimiz nəinki bu məsələləri qadağan edir, əksinə təkid edir. Çünki Quranda ayə var ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın”.