Azərbaycanda yoluxma və ölüm sayı azaldı - son statistika

Azərbaycanda bu gün koronavirus infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 399 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 

Son sutkada 6 nəfər “COVID-19”dan vəfat edib.


Ölkədə son sutka ərzində 7 342, hazırkı dövrədək isə 2 394 476 test aparılıb.
 

İndiyədək Azərbaycanda ümumilikdə 229 935 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 222 553 nəfər müalicə olunaraq sağalıb, 3 119 nəfər vəfat edib, aktiv xəstə sayı 4 263 nəfərdir.