Emin Əmrullayev: "Müəllimlər arasında koronavirusa kütləvi yoluxma halları olub"

50 yaşdan yuxarı müəllimlər peyvənd olunacaq

"Müvafiq plana uyğun olaraq 50 yaşdan yuxarı müəllimlərin vaksinasiya olunmasını nəzərdə tuturuq".

Musavat.com bildirir ki, bu sözləri təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib. Nazir qeyd edib ki, vaksinasiya olunacaq müəllimlərin siyahısı hazırdır və həmin siyahıdan yoluxanların sayı çıxılır.
Nazir həmçinin qeyd edib ki, Bakı, Sumqayıt və Abşeronda fəaliyyət göstərən 16 698, bölgələrdə isə 32 mindən çox təhsil işçisinin vaksinasiya olunmasını nəzərdə tutulur.

Nazir onu da qeyd edib ki, şagirdlər arasında koronavirusa kütləvi yoluxma halı qeydə alınmayıb:

"Bu, müəllimlər arasında olub. Ona görə də ölkə üzrə yoluxma statistikasına uyğun olaraq, 5-9-cu siniflər üçün dərslərin bərpa olunmasına qərar veriləcək”.