Bakı metrosu fevralın 1-də açılacaq? – Açıqlama

Xüsusi karantin rejimi ilə əlaqədar fəaliyyəti dayandırılan Bakı metrosunun fevralın 1-dən etibarən yenidən vətəndaşların xidmətində olacağı ilə bağlı məlumatlar paylaşılır.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bu barədə metropolitenə hər hansı tapşırıq daxil olmayıb.

Qurum rəsmisi onu da qeyd edib ki, yaxın günlərdə belə bir qərar olacağı təqdirdə metro fəaliyyətini bərpa etməyə hazır vəziyyətdədir.

Qeyd edək ki, sərt karantinin yumşalması tədbirləri də metroya şamil edilməyib. Beləliklə, hazırkı qərarda dəyişiklik olmasa, metro 1 aprelə qədər fəaliyyət göstərməyəcək.