Bu layihə ilə insanlara 33,4 milyon geri qaytarılıb - Nazir

"İlin innovasiya layihəsi nominasiyası"nın qalibi seçilmiş “ƏDVGeriAL” həm vətəndaşlar, həm də biznes ictimaiyyəti tərəfindən 2020-ci ilin ən uğurlu layihələrindən biri kimi qiymətləndirilir.

Axar.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Feysbuk hesabında yazıb.

“Ötən il layihə çərçivəsində vətəndaşlara 33.4 milyon manat vəsait qaytarılıb”, - o qeyd edib.