Vüqar Səfərlinin sürücüsü də tutuldu

Bu gün Baş Prokurorluq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF)-nim keşmiş icraçı direktoru Vüqar Səfərlinin və onunla əlbir olan "Portos” MMC-nin direktoru Məmmədov Nadir 
Məmmədovun həbs olunması ilə bağlı xəbər yayıb. "Rupor"-a daxil olan məlumata görə, bu istintaq işi üzrə Vüqar Səfərlinin sürücüsü   Güləhmədov da saxlanılıb. Xəbərin dəqiqləşdirilməsinə çalışırıq və onu da vurğulayaq, yayılan rəsmi məlumatdan belə aydın olur ki, eyni hadisələrlə bağlı tutulanların sayı artacaq.