Azərbaycan Mərkəzi Bankının yeni inzibati binasını Türkiyə şirkəti tikəcək

Türkiyənin “Tekfen Holding”i Azərbaycan Mərkəzi Bankının yeni inzibati binasının inşası üçün keçirilmiş tenderin qalibi olub.

“Report” bu barədə Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasına (Kamuyu Aydınlatma Platformu - KAP) istinadən xəbər verir.

Məlumata görə, layihənin dəyəri 218 milyon avrodur.