BAO-nun Qurultay səlahiyyətli Ümumi Yığıncağı keçiriləcək

Bütöv Azərbaycan Ocaqları (BAO) üzvlərinin iştirakı ilə 10 yanvar 2021-cil tarixində ümumi yığıncaq keçirilmişdir.

Öncə BAO başqanının siyasi məsələr üzrə müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Alı Balayev ölkədəki ictimai-siyasi durum haqqında məlumat vermişdir.
Daha sonra təşkilatın növbəti Qurultay səlahiyyətli Ümumi Yığıncağının keçirilməsi məsələsi müzakirə edilmiş, fikir mübadiləsi aparılmışdır.
Qurultay səlahiyyətli Ümumi Yığıncağının keçirilməsi məqsədilə 5 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılmışdır.
Ümumi yığıncaqdan sonra Təşkilat Komitəsinin yığıncağı keçirilmişdir. TK-nın yığıncağında BAO başqanının təşkilati məsələlər üzrə sabiq müavini Araş Şamil Təşkilat Komitəsinin sədri seçilmişdir.
Qurultay səlahiyyətli Ümumi Yığıncağa qədərki dövrdə BAO-nun bütün seçkili orqanlarının fəaliyyətinə xitam verilmişdir.
"Bütöv Azərbaycan Ocaqları"nın (BAO) Qurultay səlahiyyətli Ümumi Yığıncağının "zoom" proqramı üzərindən 31 yanvar 2021-ci il tarixində Bakı vaxtı ilə saat 18:00-da (Ankara vaxtı: 17:00) keçirilməsinə qərar verilmişdir.
 
BAO İnformasiya Xidməti.
Bakı, 10 yanvar 2021-ci il.