“ilkxeber.org” saytının fəaliyyəti bərpa olunub

 Bildiyimiz kimi, ötən ilin dekabr ayının ilk günündən siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri izləyicilərə operativ, qərəzsiz  və obyektiv şəkildə çatdıran “İlk xəbər” saytının yenilənməsində texniki problem səbəbilə məhdudiyyət yaranmışdı. Dəyərli oxucu və yazıcıların nəzərinə çatdırılır ki, həmin səbəb 2021-ci il yanvar ayının 7-də aradan qaldırılıb və saytın fəaliyyəti bərpa edilib. Bu müddət ərzində bizə mənəvi dəstək verən hər kəsə təşəkkürümüzü bildiririk.

Xatırladaq ki, 2017-ci-cü ildən yaradılan onlayn ictimai-siyasi qəzetdə (xəbər saytında) informasiya xarakterli mətnlərlə yanaşı, bədii əsərlər də oxumaq mümkündür. Müəlliflər yazılarını saytın elektron poçtuna göndərə bilərlər. e-poçt ünvanımız: ilkxeber.org@gmail.com