İranlı deputat: “Azərbaycanın ərazi bütövlüyü qorunmalıdır”

“Qarabağ islam torpağıdır, Azərbaycanın ərazi bütövlüyü daxilindədir və belə də qalacaq”.

Bunu Ərdəbil əyaləti parlament deputatları assambleyasının sədri və parlamentin iqtisadi komissiyasının sədr müavini Seyid Kazim Musəvi Ermənistan ordusunun Azərbaycanın Tovuz rayon bölgəsində törətdiyi təxribata münasibət bildirərkən “Twitter”də deyib.

“Tovuzda qardaşlarımızın şəhid olması çox kədərli və ağırdır. Bu münasibətlə Azərbaycan xalqına, xüsusi ilə şəhid ailələrinə başsağlığı verirəm. Ali Rəhbərin açıq bəyanına görə, Qarabağ islam torpağıdır, Azərbaycanın ərazi bütövlüyü daxilindədir və belə də qalacaq.  Azərbaycan Respublikasının ərazi bütövlüyü qorunmalıdır”, - deyə o qeyd edib. (apa)