Azərbaycanda koronavirusla mübarizəyə əlavə həkimlər cəlb oluna bilər – ÜST

“REACT-C19 layihəsinin yekunları gələn ay təhlil olunacaq və əgər ehtiyac olsa əlavə həkimlər cəlb oluna bilər”. Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsiHande Harmancı REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında deyib. O bildirib ki, layihə iyunun sonunda yekunlaşacaq: “Bu barədə onda dəqiq nəsə demək olar”. Heydər Əliyev Fondunun departament direktoru Soltan Məmmədov isə əlavə edib ki, layihədə iştirak edən həkimlər dövlət hesabına Türkiyədə oxuyan şəxslərdir: “Xaricdə oxuyan şəxslərin vətənə qayıdıb koronavirusla mübarizəyə töhfə vermələri qürurvericidir”.