ÜST-ün Bakı nümayəndəsi: İlin sonuna kimi... - Video

Vaksinlə bağlı dünyada 100-dən çox sınaq aparılıb. Axar.az xəbər verir ki, bunu ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında deyib. "Bir vaksin tamamilə etibarlı deyilsə, geniş əhaliyə tətbiq etmək olmaz. Bu ilin sonuna qədər vaksinin insanlara tətbiq olunmasını planlaşdırırıq", - Harmancı bildirib. O qeyd edib ki, karantin rejiminin yumşaldılması virusun bitməsi mənasına gəlmir: "Tövsiyə edilən qaydalara əməl edib, pandemiya bitənə qədər özümüzü qorumalıyıq".