Əyalət şairi Ərdoğana şeirlə müraciət etdi: "Burax, Mübarizi Ərdoğan abi"

Yardımlı rayonunda yaşayan şair İqbal Nemət tannmış iş adamı, həmyerlimiz Mübariz Mənsimovun İstanbulda həbs edilməsi ilə bağlı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana müraciətlə "Burax, Mübarizi Ərdoğan abi!" adlı bir şeir yazıb. Həmin şeiri "İlkxeber.org"-un oxucularına təqdim edirik: Baxın təklənmişik tənhayıq, təkik Burax, Mübarizi Ərdoğan abi! Axı biz bir millət, iki dövlətik Burax, Mübarizi Ərdoğan abi! Mübariz bir yoldur, o yol bizimdir Qandal vurduğunuz o qol bizimdir, Sənə deyəcəyik, "sağ ol", bizimdir, Burax, Mübarizi Ərdoğan abi! Qılınc vur, bədəni yara götürməz, Edər yaxşılıgı para götürməz, O, bir pak oğuldur, qara götürməz Burax, Mübarizi Ərdoğan abi. Mənim mübarizlər yurdudur yurdum, Vuruldum, yıxıldım, yenə də durdum Hər gün Məmməd Əmin, Atatürk oldum Burax, Mübarizi Ərdoğan abi! Ədalət sənindir böylə, ya öylə Sən böyük qardaşsan böyüklük eylə, Susma, bəsdi daha gerçəyi söylə, Burax, Mübarizi Ərdoğan abi. Damarlar tıxanıb, qanı gözləyir Hamı şad xəbəri, anı gözləyir, Bütöv Azərbaycan onu gözləyir, Burax, Mübarizi Ərdoğan abi! Yardımli, 27.03 2020