Lənkəranda Heydər Əliyevin 98 illiyi ilə bağlı videokonfrans keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Lənkəran bölgəsi üzrə qazısının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98 illiyi münasibətilə “Milli-mənəvi dəyərlərimizin qorunmasında Heydər Əliyevin rolu” mövzusunda videokonfrans keçirilib.

Videokonfransda DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, QMİ-nin Lənkəran bölgəsi üzrə qazısı Qəni Axundzadə, dini icma sədrləri və din xadimləri iştirak edib.

Çıxışlar zamanı Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra milli-mənəvi və dini dəyərlərə qayıdışın baş verdiyi qeyd edilib. Natiqlər, ölkəmizdə dövlət-din münasibətlərinin Ümummilli Lider tərəfindən çox böyük uzaqgörənliklə əsasının qoyulduğunu, bu gün Möhtərəm Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini diqqətə çatdırıblar.