Astarada “Erkən nikah və onun fəsadları” mövzusunda videokonfrans keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Astara Rayon Təhsil Şöbəsinin (RTŞ) birgə təşkilatçılığı ilə “Erkən nikah və onun fəsadları” mövzusunda videokonfrans keçirilib.

Videokonfransda DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Əliağa Novruzov, Astara RTŞ-nin əməkdaşı Elçin Mirzəzadə, rayonda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin direktorları, direktor müavinləri, psixoloqlar və yuxarı sinif şagirdləri  olmaqla ümumilikdə 120 nəfər iştirak edib.

Çıxışlar zamanı cəmiyyətimizdə erkən nikahların yaratdığı mənəvi, sosial və hüquqi zərərlər haqqında danışılıb. Erkən nikah hallarının həm də uşaq hüquqlarının pozulmasına gətirib çıxartdığı qeyd edilib. Bu istiqamətdə rayonda maarifləndirmə işlərinin daha intensiv aparılmasının vacibliyi vurğulanıb.